Modern.az

“28 May”dan 200 mindən çox sərnişin istifadə edib

“28 May”dan 200 mindən çox sərnişin istifadə edib

Ölkə

Bu gün, 19:31

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə nəqliyyat mübadilə mərkəzlərinin nizamlı fəaliyyəti təmin olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-a bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarla 16 sentyabr tarixində 127 mindən çox sərnişin daşınıb. Təkcə “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib.

“Sərnişinlərdən avtobusu gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanmaları xahiş olunur. Bu, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması üçün vacibdir. Eyni zamanda, avtobuslara minərkən növbəyə riayət etdiklə daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan yaranır”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Sizə yeni x var
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada