Modern.az

Pensiya yaşının 65-ə qaldırılmasına səs vermişdi - 59 yaşında öldü - YENİLƏNİB

Pensiya yaşının 65-ə qaldırılmasına səs vermişdi - 59 yaşında öldü - YENİLƏNİB

Parlament

17 Sentyabr 2026, 21:19

Rusiyanın hakim “Vahid Rusiya” partiyasından olan deputat Sergey Çepikov 59 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, Rusiya Biatlonçular İttifaqından bildirilib ki, VII və VIII çağırış Dövlət Dumasının deputatı olan Çepikov onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib.

Sergey Çepikov həmçinin keçmiş peşəkar biatlonçu və Olimpiya çempionu kimi tanınıb. O, uzun illər Rusiyanın biatlon yığmasının heyətində çıxış edib və daha sonra siyasi fəaliyyətə başlayıb.

Çepikov 2016-cı ildən Rusiya Dövlət Dumasında deputat kimi fəaliyyət göstərib.

Qeyd olunur ki, siyasətçi 2018-ci ildə Rusiyada kişilər üçün pensiya yaşının 65 yaşa qaldırılmasını nəzərdə tutan qanun layihəsinə səs verən deputatlar arasında olub.

***

17:00

Rusiyalı deputat Sergey Çepikov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına Sverdlovsk vilayətinin idman naziri Leonid Rapoport bildirib.

Sergey Çepikov biatlonçu kimi 1988-ci ildə Kalqaridə keçirilən Qış Olimpiya Oyunlarında 4x7,5 kilometr estafet yarışında qızıl medal qazanıb. O, 1994-cü ildə Lillehammerdə keçirilən Olimpiadada 10 kilometr məsafəyə sprint yarışında da qalib olub. Həmin Olimpiya Oyunlarında Çepikov açılış mərasimində Rusiya komandasının bayraqdarı olub.

Bundan başqa, biatlonçunun dünya çempionatlarında iki qızıl medalı var. O, 1989 və 2006-cı illərdə dünya çempionu olub.

Çepikov iki dəfə - 1990 və 1991-ci illərdə Dünya Kubokunun qalibi olub.

Biatlonçu 2007-ci ildə idman karyerasını başa vurub.

2010-2013-cü illərdə Sergey Çepikov Rusiya millisində məşqçi-məsləhətçi kimi çalışıb. 2018-ci il mayın 18-dən iyulun 11-dək Rusiya Biatlon İttifaqının vitse-prezidenti vəzifəsini tutub.

Çepikov həmçinin Rusiya Dövlət Dumasının VII və VIII çağırış deputatı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir