Modern.az

Almaniya səfiri İran XİN-ə çağırıldı

Almaniya səfiri İran XİN-ə çağırıldı

Dünya

17 Sentyabr 2026, 21:48

Almaniyanın Tehrandakı səfiri Aksel Dittmann İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az xəbər verir ki, İran tərəfi Almaniyanın yüksəkvəzifəli rəsmilərinin son açıqlamaları və bu ölkənin Tehrandakı səfirliyinin fəaliyyəti ilə bağlı səfirə rəsmi etirazını çatdırıb. 

Görüş zamanı Almaniyanın regiondakı siyasəti, o cümlədən İsrailə verdiyi dəstək İran tərəfinin etirazına səbəb olan məsələlər sırasında göstərilib.

İran XİN Almaniya rəhbərliyini İsrailin fələstinlilərə və regionun digər ölkələrinə qarşı törətdiyini bildirdiyi əməllərə “şərik olmaqda” ittiham edib. Bu, İran tərəfinin mövqeyidir.

Məlumata görə, Almaniya səfiri İranın etirazlarını ölkəsinin hökumətinə çatdıracağını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir