Modern.az

AFFA bu klubları cərimələdi

AFFA bu klubları cərimələdi

İdman

Bu gün, 12:21

AFFA İntizam Komitəsinin iclası keçirilib. Modern.az xəbər verir ki, toplantıda X turun oyunlarında qeydə alınan pozuntulara hüquqi qiymət verilib. 

“Turan Tovuz” - “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə meydan sahibləri 2500 manat cərimə edilib. Bundan əlavə, 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” 700 manat cərimə ödəyəcək.

“Qarabağ”la oyunda “Zona 1” ərazisində kənar şəxslər olduğu üçün “Qəbələ” 1000 manat cərimə olunub. Həmin  görüşdə Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi üçün “Qarabağ” 1500 manat ziyana düşüb.

 Qarşılaşma bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün “Qarabağ” daha 3000 manat ödəyəcək.

“Neftçi” ilə oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” 2500 manat cərimə edilib. Klubun fotoqrafı tərəfindən Əsasnamənin tələbləri pozulduğu üçün “Neftçi” 500 manat cərimə edilib.

“Sumqayıt”la oyununda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa”  700 manat cərimə edilib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!