Modern.az

Forum beynəlxalq mediada böyük maraq doğurub - Anar Quliyev

Forum beynəlxalq mediada böyük maraq doğurub - Anar Quliyev

Media

Bu gün, 16:01

Forum həmçinin beynəlxalq mediada böyük maraq doğurub. 1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətini dünya ictimaiyyətinə çatdırıb.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.

O qeyd edib ki, WUF13-ün digər mühüm miraslarından biri gələcək Ümumdünya Şəhərsalma Forumlarına ev sahibliyi edəcək ölkələr üçün Bakı əməliyyat səmərəliliyi standartlarının tətbiqinə dair niyyət məktubunun imzalanması olub.

“Hörmətli iştirakçılar, indi isə mən Meksikanı WUF ailəsində səmimiyyətlə salamlayıram. İnanırıq ki, Bakıda olduğunuz müddətdə özünüzü evinizdəki kimi hiss etdiniz. Biz WUF14-ün hazırlıq prosesi ilə bağlı təcrübəmizi bölüşməyə hazırıq”, - deyə milli koordinator əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı