Modern.az

Üç aydır maaş ala bilməyən aparıcı Space TV-dən ayrıldı

Üç aydır maaş ala bilməyən aparıcı Space TV-dən ayrıldı

Media

2 İyun 2026, 09:57

Aparıcı Könül Muxtarova Space TV-dəki işindən ayrılıb.

Modern.az xəbər verir ki,bu barədə aparıcı özü məlumat yayıb. Bildirib ki, 3 aydır kanalda çalışsa da, maaş ala bilmir.

“Üç aydır çalışdığım kanaldan maaş ala bilmirəm. Bundan sonrasına da vəd verə bilmirlər” deyə, Könül qeyd edib.

Qeyd edək ki, Könül kanalda "Sevilən səhər" verilişinə aparıcılıq edirdi. 

Sizə yeni x var
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?