Modern.az

TƏBİB-in yeni media siması kimdir? - Zara İbrahimzadənin dosyesi

TƏBİB-in yeni media siması kimdir? - Zara İbrahimzadənin dosyesi

Media

Bu gün, 12:02

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə Zara İbrahimzadə təyin olunub.

Modern.az tibb qurumunun yeni media siması barədə kiçik araşdırma aparıb.

Zara İbrahimzadə ABŞ-nin Corc Meyson Universitetinin (George Mason University) məzunudur. O, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Televiziya prodüserliyi" ixtisası üzrə magistr təhsili alıb.

Təhsilini başa vurduqdan sonra uzun müddət Türkiyədə fəaliyyət göstərən Z.İbrahimzadə, peşəkar karyerası ərzində “LUKOIL Türkiyə”, “Akkuyu Nükleer” və "SOCAR Türkiyə" kimi iri şirkətlərdə çalışaraq müxtəlif irimiqyaslı marketinq və PR layihələrinə rəhbərlik edib.

Daha sonra fəaliyyətini Azərbaycanda davam etdirərək 2020-ci ilin dekabrında "ABB"nin Marketinq departamentinin direktoru vəzifəsinə təyin olunub və 2023-cü ilın yanvarında bu bankdan ayrılıb.

2023-cü ilin fevralından etibarən “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru kimi fəaliyyətə başlayan Z.İbrahimzadə, bu il yanvarın 10-da isə həmin bankın Baş İcraçı direktorunun müşaviri vəzifəsinə gətirilib.

O, TƏBİB-dəki son təyinatına qədər sözügedən vəzifədə çalışıb.

Töhfə Səməd

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV