Modern.az beynəlxalq auditoriyasını genişləndirir
Modern.az saytının özbək dili versiyası bu gündən etibarən oxucuların istifadəsinə verilib.
Yeni dil versiyasında Azərbaycan və dünyada baş verən aktual hadisələr, eləcə də siyasi, iqtisadi, sosial, mədəni və digər sahələr üzrə xəbərlər özbək dilində təqdim olunacaq.
Özbək dili versiyasının fəaliyyətə başlaması Azərbaycan və Özbəkistan arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən informasiya və media sahəsində inkişaf etdiyi bir dövrə təsadüf edir. Yeni versiya Azərbaycanla bağlı xəbərlərin özbəkdilli auditoriyaya daha geniş çatdırılmasına və iki ölkənin oxucuları arasında informasiya əlçatanlığının artırılmasına imkan verəcək.
Bununla da Modern.az çoxdilli informasiya platforması kimi fəaliyyət dairəsini daha da genişləndirir. Hazırda saytda Azərbaycan, türk, rus, ingilis, fars və özbək dillərində xəbərlər yayımlanır.