Modern.az

ANS-də kadr “zəlzələsi”...

ANS-də kadr “zəlzələsi”...

Media

7 Mart 2011, 21:11

Teleşirkətdə ciddi kadr dəyişikliyi olub, Mirşahin Ağayev "Xəbərlər"ə qayıdıb 

ANS teleşirkətində həyata keçirilən daxili islahatlar çərçivəsində kadrların yerdəyişməsi aparılıb, işdən çıxarılanlar olub. Modern.az saytının əldə etdiyi məlumata görə, ANS-də bir sıra tanınmış telejurnalistlər indiyədək işlədikləri verilişlərdən digər proqrama keçiriliblər. ANS prezidentinin müşaviri Mais Məmmədov Modern.az-a açıqalamasında məlumatları təsdiqləyib. 

M.Məmmədovun sözlərinə görə, ANS teleşirkətində aparılan daxili islahatlar çərçivəsində kadrların yerdəyişməsi olub. Belə ki, tanınmış telejurnalist Sevinc Mirzəyeva Xarici əlaqələr departamentinin rəhbəri təyin edilib. Vitse-prezident Mirşahin Ağayev isə həm də yenidən köhnə peşəsinə-“Xəbərçi”liyə qayıdıb. O, “Xəbərlər” redaksiyasının baş redaktoru təyin edilib. “Mirşahin ANS-də xəbərlərin atası sayılır. Onun bu məsələdə xüsusi yeri var”-deyə M.Məmmədov bu təyinatı şərh edərkən bildirib. Onun sözlərinə görə, bu təyinatın məqsədi “Xəbərçi”ni daha da irəli aparmaqdır. Bundan başqa “Xəbərçi”nin səhər, günorta,  axşam və əsas buraxılışı üzrə layihə rəhbərləri təyin edilib. Onlar həmin saatlarda efirə gedəcək xəbər buraxılışında redaktor-prodüser vəzifəsində çalışacaqlar. Məsələn, telejurnalist Azadə Balayeva “Xəbərçi”nin saat 21.00 buraxılışına layihə rəhbəri təyin edilib. “İç xəbər” sosial proqramına  isə Zənurə Talıbova rəhbərlik eədəcək.

 

“Xəbərçi”də aparıcı kimi gördüyümüz Qənirə Ataşova həftəlik efirə çıxan “Hesabat” verilişində layihə rəhbəri təyin edilib. Onunla bərabər burda analıq məzuniyyətindən qayıtmış Afət Telmanqızı da çalışacaq. Modern.az saytının məlumatına görə, ANS-də aparılan islahatlar çərçivəsində Xarici əlaqələr departamentinin rəhbəri Etibar İbrahimov olmaqla 5 nəfər işdən azad edilib.

İndiyədək "Xəbərçi"nin daxilində ayrıca veriliş kimi efirə çıxan "İqtisadiyyat xəbərləri" də bağlanıb.  Digər məlumata görə, telejurnalistlərin maaşları onların çalışdıqları verilişlərin reytinqinə uyğun veriləcək.

Modern.az saytının "bəs Xarici əlaqələr departamentinin rəhbəri Etibar İbrahimov

hara gedib" sualına Mais Məmmədov "bilmirəm" deyə cavab verib. O, bildirib ki, son zamanlar efirdə müşahidə edilən yeniliklər teleşirkətin inkişafı ilə bağlı aparılan islahatların təzahürlərindəndir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü