Modern.az

Xəzərdə bədbəxt HADİSƏ: 10 neftçimiz itkin düşdü

Xəzərdə bədbəxt HADİSƏ: 10 neftçimiz itkin düşdü

Hadisə

15 Dekabr 2016, 10:46

15 dekabrda səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Bu haqda SOCAR-dan Modern.az-a verilən məlumatda bildirilib.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: 

1. Zülfüqarov Güloglan - maşinist 

2. Zülfüqarov Azay - operator 

3. Qurbanov Vidadi - operator 

4. Həsənov Elçin - mexanik 

5. Hacıəliyev Həsənağa - operator 

6. Qafarov İlham - operator 

7. Əsədov Samir - operator 

8. Bəhrəmov Cavid - operator 

9. Abbasov Ramiz - maşinist 

10. Rüstəmov Qorxmaz - operator 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və ''Xəzər Dəniz Gəmiçiliyi'' QSC-nin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir. 

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

 

Gülşən RAUFQIZI                   

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü