Modern.az

ADP sədri “Müxalifət deputat qrupu"ndan danışdı...

ADP sədri “Müxalifət deputat qrupu"ndan danışdı...

Ölkə

10 May 2011, 13:02

“Milli Məclisdə yaradılmış “Müxalifət deputat qrupu” müxalifətin maraqlarını təmin etmir”. Bu sözləri Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu BXCP, VHP, Ədalət və Böyük Quruluş Partiyasının rəhbərlərinin parlamentdə yaratdığı yeni birliyə münasibətini bildirərəkən deyib.

Onun sözlərinə görə, parlamentdə özlərini müxalifət elan edən siyasi partiyaların iqtidara olan münasibətləri kənarda qalan ənənəvi müxalifət partiyalardan fərqlidir və üst-üstə düşmür.
“Bizim onlarla ortaq maraqlarımız yoxdur və odur ki, onların fəaliyyətinin bizə aidiyyatı yoxdur”-deyə ADP sədri bildirib.

Onun sözlərinə görə, iqtidar bəzən demək istədiyi sözləri Milli Məclisdə olan partiyalar vasitəsi ilə çatdırır və bəzən də onların mövqeyi iqtidarla üst-üstə düşür.

Anar Rüstəmov     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!