Arxiv
15 Sentyabr 2017, 10:52 | MEDİA
Jurnalistika fakültəsində YENİLİKLƏR olacaq: “Gənc Jurnalistlər” Klubu yaradılacaq

"Təbii ki, yeni tədris ilində tələbələrimizin həm təhsilinə, həm də fakültə həyatına müsbət təsir göstərəcək bir sıra yeniliklərə imza atmaq niyyətindəyik. Bununla bağlı müxtəlif çoxsaylı təkilflər almışıq və bizə maraqlı gələnlər dəyərləndirilib. Bu yeniliklərin həyata keçirilməsində universitet rəhbərliyinin də, rektorumuz akademik Abel Məhərrəmovun da dəstəyi son dərəcə böyükdür və inanıram ki, tələbələrimiz yeni layihələrimizdən bəhrələnəcəklər” Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

“Elə tədris ilinin ilk günündə Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondunun İnformasiya təminatı sektoru ilə fakültəmiz arasında imzalanacaq Niyyət Sazişini vurğulamaq istərdim. Bu sazişin imzlanması ilə bağlı artıq nə zaman idi ki, müzakirələr aparırdıq və bu gün artıq onun nəticəsi olaraq razılaşmanı imzalayacağıq”-deyə o əlavə edib.

 

V. Zifəroğlunun sözlərinə görə, həmin sazişlə tərəflər təşkilati, insan və maliyyə resurslarını səfərbər edəcəklər.  

Bu da Azərbaycan əhalisinin elmi biliklərin müxtəlif sahələri üzrə maarifləndirilməsi deməkdir.

 

“Xüsusilə gənclərin bilik və bacarıqlarının artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və təbliği, Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist hazırlığı istiqamətlərində birgə fəaliyyət göstərmək nəzərdə tutulub. Jurnalistika sahəsində elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlər və yazarlarla görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi sahəsində əməkdaşlıq etməyi nəzərdə tuturlar”.

 

O  bildirib ki, yeniliklər bunlarla bitmir.

 

“Razılaşmaya əsasən birlikdə “Gənc jurnalistlər” Klubunu təsis edəcəyik. Bu da tələbələr üçün çox maraqlıdır. Yeri gəlmişkən, klubun əsasnaməsinin üzərində hazırda iş gedir və yaxın günlərdə onun təsis edilməsi ilə də bağlı mediaya açıqlamamız olacaq. Başqa razılaşmalarımız da var. Sadəcə detallarla bağlı dəqiqləşdirmələr aparıldığından hələ ki, məlumat verməyi düzgün hesab etmirəm. Lakin fakültənin özündə müxtəlif dərnəklərin və kursların təşkil edilməsi nəzərdə tutulub. Zamanla bütün bu yeniliklər tətbiq edildikcə onlar barədə mediaya məlumat verəcəyik”.

 

Vüqar Zifəroğlu fakültədə yaşlı müəllimlərin olmasından da danışıb.

 

“Jurnalistika fakültəsi əslində orta yaş həddinə görə, cavan fakültələrdən biridir və professor-müəllim heyətində kifayət qədər gənc və orta yaşın nümayəndələri təmsil olunmaqdadırlar. Lakin fakültəmizin peşəkar müəllimləri məhz bizim ustad, ağsaqqal müəllimlərimizdir. Şirməmməd Hüseynov Azərbaycan jurnalistikasının canlı əfsanəsidir.

 

Onun mətbuatımızın tarixi, mənəvi irsi ilə bağlı araşdırmaları biz hər birimiz üçün dərslikdir. Professor Cahangir Məmmədli jurnalistikanın nəzəriyyəsi və təcrübəsinin vəhdətini özündə yaşadan ustad müəllimimizdir.

 

Professor Nəsir Əhmədli bir çox peşəkar jurnalistlərin yetişməyində böyük əmək xərcləmiş sənətkar, jurnalistlərin nitq mədəniyyəti üzrə seçilən ekspertdir. Eləcə də digər ağsaqqal müəllimlərimiz. Onlarsız bu fakültəni təsəvvür etmək çox çətindir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51