Modern.az

Mövlud Çavuşoğlu Bakıya gəlir

Mövlud Çavuşoğlu Bakıya gəlir

Aktual

28 Noyabr 2017, 13:42

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 30-da Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə diplomatik mənbələr məlumat verir.

M.Çavuşoğlu səfəri zamanı Azərbaycan, Türkiyə, Pakistan XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Bundan başqa, nazir 30 noyabr – 1 dekabr tarixlərində Bakıda keçiriləcək “Asiyanın ürəyi – İstanbul prosesi” yeddinci nazirlər toplantısında iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV