Modern.az

"Space" TV-nin yeni baş direktoru kimdir… - DOSYE

"Space" TV-nin yeni baş direktoru kimdir… - DOSYE

Media

Bu gün, 16:07

"Space" televiziyasına yeni baş direktor təyin edilib.

Telekanalın təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.

Ayaz Mustafayev artıq telekanalın kollektivinə təqdim olunub.

Modern.az Ayaz Mustafayevin tərcümeyi-halını təqdim edir:

Ayaz Mustafayev 1986-cı ildə Mingəçevir şəhərində anadan olub.

2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alaraq, oranı fərqlənmə diplomu ilə bitirib.

2010–2011-ci illərdə Malta Universitetinin nəzdində fəaliyyət göstərən Aralıq Dənizi Diplomatik Akademiyasında diplomatiya ixtisası üzrə magistr təhsili alıb. 2011-2012-ci illərdə ADA Univetsitetinin “Advanced Foreign Service Program”ının məzunu olub.

Əmək fəaliyyətinə 2009-cu ildə başlayan Ayaz Mustafayev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb.

2018-ci ildən sonra Böyük Britaniyadakı əmək fəaliyətini İctimai Televiziyanın və AzTV-nin London bürosunda davam etdirib. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb.

2020-2024-cü illərdə müxtəlif özəl şirkətlərdə ayrı-ayrı vəzifələrdə işləyib.

2024-cü ilin oktyabrında o, Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunda İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinə rəhbər təyin edilib.  Son təyinatadək Təhsil Tələbə Krediti Fondunda çalışıb.

Müxtəlif ölkələrdə beynəlxalq təcrübə qazanmış Ayaz Mustafayev peşəkar inkişafı çərçivəsində bir sıra ixtisasartırma proqramlarında iştirak edib və sertifikatlar əldə edib. Bunlara Young Diplomats Forum (London), həmçinin insan resurslarının və layihələrin idarə olunması üzrə təlim (Sinqapur Xarici İşlər Nazirliyi) daxildir.

Ailəlidir, iki övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV