Modern.az

Trampdan narazı qalanların sayı rekord vurdu

Trampdan narazı qalanların sayı rekord vurdu

Dünya

Bu gün, 17:24

ABŞ Prezidenti Donald Trumpın fəaliyyətindən narazı olanların sayı rekord həddə çatıb.

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin sifarişi ilə “Ipsos” şirkəti tərəfindən keçirilən sorğunun nəticələrində qeyd olunub.

Məlumata görə, Donald Trampın fəaliyyətini bəyənməyənlərin göstəricisi 62 faizə yüksəlib. Nəşr vurğulayır ki, Trampın iki prezidentlik dövrü ərzində bu qədər yüksək narazılıq səviyyəsi ilk dəfə qeydə alınıb.

Sorğuda iştirak edən amerikalılar xüsusilə Tramp administrasiyasının İranla bağlı siyasətindən narazı olduqlarını bildiriblər. Respondentlərin 66 faizi prezidentin İran siyasətini dəstəkləmədiyini, yalnız 33 faizi isə müsbət qiymətləndirdiyini deyib.

Bundan əlavə, ABŞ sakinləri ölkədəki iqtisadi vəziyyətdən də narazıdırlar. Sorğu iştirakçılarının 76 faizi yaşayış xərclərinin yüksək olmasından şikayət edib.

Bununla yanaşı, Trampın miqrasiya siyasətini dəstəkləyənlərin sayı daha yüksək olub. Respondentlərin 45 faizi prezidentin bu sahədə fəaliyyətini müsbət qiymətləndirib.

Qeyd edək ki, sorğu aprelin 24-28-i tarixlərində keçirilib və araşdırmada 2,5 mindən çox insan iştirak edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV