Modern.az

Bəzi operator və provayderlərin elektron informasiya sistemləri yoxdur

Bəzi operator və provayderlərin elektron informasiya sistemləri yoxdur

Aktual

4 May 2026, 17:00

Azərbaycanda internet və telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin abunəçilərlə operativ əks-əlaqə imkanları, şəxsi kabinet və informasiya sistemlərinin mövcudluğu ilə bağlı təhlillər aparılıb.

Bu barədə "APA-Economics"ə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.

Məlum olub ki, bəzi operator və provayderlərin elektron informasiya sistemləri mövcud deyil, informasiya ehtiyatlarında şəxsi kabinet yoxdur və ya funksional şəkildə fəaliyyət göstərmir.

Qurum bildirir ki, operator və provayderlərin məlumatlandırma, operativ cavablandırma, xidmət keyfiyyətinin təmini və istehlakçı hüquqlarının qorunması üzrə vəzifələrin effektiv icrası baxımından belə mexanizmlər zəruridir.

Qanunvericilikdə abunəçilərin xidmətlər barədə dolğun məlumat almaq, müraciətlərini rahat şəkildə təqdim etmək və qanunla müəyyənləşdirilmiş müddətdə cavab almaq hüququ nəzərdə tutulur.

Telekommunikasiya sektorunda müasir xidmət modeli yalnız internet bağlantısının təqdim olunması ilə məhdudlaşmamalı, eyni zamanda istifadəçi ilə şəffaf, operativ və izlənilə bilən kommunikasiya mexanizmlərini də əhatə etməlidir.

Bu məqsədlə operator və provayderlərə rəsmi internet informasiya ehtiyatlarının, şəxsi kabinet funksiyalarının və elektron müraciət sistemlərinin tam şəkildə təmin edilməsi tövsiyə olunur.

Sizə yeni x var
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!