Modern.az

"Nokia" mobil telefonlar bazarında 10 faizlik artım proqnozlaşdırır

"Nokia" mobil telefonlar bazarında 10 faizlik artım proqnozlaşdırır

3 Dekabr 2009, 11:18

Finlandiyanın "Nokia" şirkəti 2010-cu ildə mobil telefonlar bazarının 10% artacağını ehtimal edib. Qeyd edək ki, analitiklərin proqnozlarına görə bu sahə 2010-cu ildə 8,6% artacaq.

Həmçinin "Nokia" nümayəndələri gələn il şirkətin bazar payının dəyişməyəcəyini hesab edir. Xatırladaq ki, "Nokia" öz xərclərini ildə bir milyard avro azalda bilib. Bundan əlavə dünyanın ən iri mobil telefon istehsalçısı 2010-cu ilin payız ayına kimi mobil telefonun orta qiymətinin enmə tempinin azalacağını gözləyir.
"Nokia" analitiklərinin fikrincə gələn il mobil telefon satışının rentabelliyi 12-14% olacaq. Bu təxminən cari ilin göstəriciləri ilə bərabərdir, lakin qeyd etmək lazımdır ki, elə illər olub ki mobil telefon satışının rentabellik göstəricisi 20 faizə çatdırılıb.
Bundan əlavə nəinki mobil telefonların satışından gəlir əldə etmək niyyətində olan "Nokia" ümid edir ki, onun onlayn servislərinin, o cümlədən Ovi Store internet-mağazasının 2011-ci ilin axırına kimi 300 milyona qədər aktiv istifadəçisi olacaq. Hazırda bu saytlara gün ərzində təxminən bir milyona yaxın istifadəçi daxil olur. "Nokia"nın hesablamalarına görə 2011-ci ildə bu servislər şirkətə iki milyard avro məbləğində mədaxil gətirməlidir.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir