Modern.az

Ermənistanda 4 deputatlığa namizəd axtarışa verildi, 2-si həbs olundu 

Ermənistanda 4 deputatlığa namizəd axtarışa verildi, 2-si həbs olundu 

Aktual

Bu gün, 16:33

Ermənistanda "Güclü Ermənistan" blokundan deputatlığa namizəd olan bir neçə şəxslə bağlı hüquq-mühafizə tədbirləri görülüb.

Modern.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Məlumata görə, Ermənistan İstintaq Komitəsi Aşot Saakyan, Vaqe Tavakalyan, Hayk Avakyan və Artur Abramyanı axtarışa verib.

Bundan başqa, Sasun Badoyan və Vaqe Yeqiazaryan həbs olunublar. Qeyd edilir ki, Sasun Badoyan 44 günlük müharibədə itkin düşmüş hərbçinin atasıdır.

Hadisənin səbəbləri və onlara qarşı irəli sürülən ittihamlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ