Modern.az

Dünya çempionatında azərbaycanlı futbolçular da var

Dünya çempionatında azərbaycanlı futbolçular da var

İdman

Bu gün, 14:38

23-cü dünya futbol çempionatına çıxan milli komandaların heyətində azərbaycanlı futbolçular varmı?

Modern.az-ın məlumatına görə, "Medianews" bu suala cavab tapmaq üçün tanınmış idman icmalçısı Rasim Mövsümzadənin köməyi ilə araşdırma aparıb.

Məlum olub ki, DÇ-2026-da yer alan İran millisinin heyətində iki Azərbaycan türkü var: müdafiəçi Milad Məhəmmədi və hücumçu Şəhriyar Muğanlu.

Qapıçı Əlirza Beyranvənd, müdafiəçi Şoca Xəlilzadə, yarımmüdafiəçi Mehdi Turabi və hücumçu Əmirhüseyn Hüseynzadə isə Güney Azərbaycanın simvol şəhəri Təbrizin məşhur “Traktor” komandasının oyunçularıdır.

Yəni DÇ-2026-da həm azərbaycanlı oyunçular, həm də Təbriz komandasının oyunçuları var.

İran yığması bu çempionatda G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmalarına rəqibdir.

Komandanın oyunçuları DÇ-2026 çərçivəsində yaşıl meydana ilk dəfə iyunun 16-sı bizim vaxtla saat 05:00-da çıxacaq və Yeni Zelandiya ilə mübarizə aparacaqlar.

İran millisinin heyətində bu futbolçular da var:

qapıçılar

Payam Niyazmənd
Hüseyn Hüseyni

müdafiəçilər

Saleh Hardani
Ehsan Hacsəfi
Hüseyn Kənanizadəgan
Ariya Yusifi
Əli Neməti
Ramin Rezaian
Danial Eiri

yarımmüdafiəçilər

Səid İzzətullahi
Əlirza Cahanbaxş
Məhəmməd Möhebi
Saman Qoddos
Ruzbeh Çeşmi
Məhəmməd Qurbani
Əmirməhəmməd Rəzzağiniya

hücumçular

Mehdi Taremi
Mehdi Qayedi
Əli Əlipur
Dennis Ekkert

İran İslam Respublikasının 31 əyalətinin (ostan) 6-sı tarixi Güney Azərbaycan torpaqlarını əhatə edir: Şərqi Azərbaycan əyaləti (mərkəzi – Təbriz şəhəri), Qərbi Azərbaycan əyaləti (mərkəzi – Urmiya şəhəri), Ərdəbil əyaləti (mərkəzi – Ərdəbil şəhəri), Zəncan əyaləti (mərkəzi – Zəncan şəhəri), Qəzvin əyaləti (mərkəzi – Qəzvin şəhəri), Həmədan əyaləti (mərkəzi – Həmədan şəhəri).

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ