Modern.az

Etimad İsmayılovla Sevil Nuriyevanın toyu gələn ay olacaq

Etimad İsmayılovla Sevil Nuriyevanın toyu gələn ay olacaq

Media

16 Sentyabr 2011, 10:25

Mətbuatda tanınmış jurnalist Sevil Nuriyevanın millət vəkili İlyas İsmayılovun yenicə həbsdən çıxmış oğlu Etimad İsmayılovla ailə quraçağa barədə məlumat verilmişdi.

Modern.az saytına toyun necə və nə zaman olacağı barədə Etimad İsmayılovun dostlarından məlumat verilib.

Belə ki, bu toyda iştirak etmək arzularını Etmad İsmayılova bildirən dostları “bizim toy böyük olmayacaq, yalnız çox yaxın qohumlar, bir sözlə ailə üzvlərimiz iştirak edəcək” cavabını alıblar.

E.İsmayılov bunu gələcək xanımı ilə də razılaşdırdığını bildirib və əslində bunun ikisinin də fikri olduğunu söyləyib.

Toyun vaxtına gəlincə, mərasim gələn ayın əvvəllərində olacaq.

Qeyd edək ki, deputat ilyas İsmayılov gələcək gəlininin kim olcağını açıqlamasa da, oğlunun evlənməyə hazırlaşdığını təsdiqləyib: “Etimadın evlənmək vaxtı çoxdan keçib. Əlbəttə ki, evlənir”-deyə o, qeyd etmişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü