Arxiv
24 Sentyabr 2018, 11:25 | DİASPOR
Vəsilə Vahidqızı: “Biz beynəlxalq uğur hekayələrini ekrana gətirmək istəyirik” - MÜSAHİBƏ  

Diasporla İş üzrə Dövlət Komitəsi və İctimai Televiziyanın birgə layihəsi olan "Vətən uzaqda deyil" proqramının bu gündən yayımı başlayır. Verilişin aparıcısı, tanınmış telejurnalist və Disapor Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı yeni proqram və komitənin gələcək planları haqqında Modern.az-a danışıb. Onunla müsahibəni təqdim edirik.

Vəsilə xanım, İTV-də yeni yayımlanacaq verilişiniz nə ilə fərqlənəcək?

-  Müxtəlif ölkələrin təcrübəsinə baxsaq, ictimai yayımlar ixtisaslaşmış verilişlərdən də irəli gedərək,  bir kökə bağlı olan ixtisaslaşmış televiziya kanalları ilə fəaliyyət göstərir. Məsələn, Yaponiyanın ictimai kanalının 50 filialı var, TRT, BBC onlarla ixtisaslaşmış kanalla fəaliyyət göstərir. Çeşidlilik teleauditoriyanın hər qrupunun tələbatının ödənilməsinə xidmət edir. Sözüm ondadır ki, ixtisaslaşmış “Vətən uzaqda deyil” diaspor proqramının əsas hədəf auditoriyası xaricdə yaşayan azərbaycanlılardır. Amma diaspor ölkəmizin xaricdəki ordusu olaraq ölkə daxilində yaşayanların bir parçasıdı. Dolayısıyla mövzu hamı üçün vacib və maraqlıdı. Texniki və digər nöqtələrdən baxsaq,  proqramın fərqli cəhətlərindən biri odur ki, burada daşlaşmış və konkret forma nəzərdə tutulmur. Verilişin hər buraxılışı bir ayrı formada olacaq. Bəzən tok-şoular, bəzən sənədli filmlər, bəzən teledebatlar, bəzən hətta ortaq konsert proqramları təqdim edəcəyik. Verilişin bəzi buraxılışları xaricdə çəkiləcək. İTV-də yayımlanan anonsda da deyildiyi kimi, biz artıq acı qürbət hekayələrindən danışmırıq, beynəlxalq uğur hekayələrini ekrana gətirmək istəyirik. Dünya qlobal dəyər zəncirində yerini möhkəmləndirməyə çalışır, biz də bu yolda cığırlar açmaq üzərində düşünürük.  Televiziya proqramı bu mənada, hər mövzuda geniş müzakirə platforması ola bilər.

Layihə İTV ilə Diasporla İş üzrə DK-nın birgə təşəbbüsüdür. Gənclər və xaricdə yaşayan həmvətənlilərimiz üçün sözügedən verilişin hansı əhəmiyyəti olacaq?

- Proqramın ilk buraxılışında bu barədə bir qədər danışılıb. Cümhuriyyətin 100 illiyi Diaspor Gənclərinin Birinci Yay Düşərgəsi bizə böyük bir təcrübə qazandırdı və diaspora ünvanlayacağımız mesajları şəkilləndirmək imkanı verdi. Düşərgə hər il olacaq və diasporu tanıma yolunda böyük addımdır. Diasporu tanıdıqca, çox mətləblər ortaya çıxır. Biz bilməliyik ki, nə üçün məsələn, Norveçdə yaşayan azərbaycanlı ilə ABŞ-da yaşayan azərbaycanlı əzəli vətəni və azərbaycanlılarla bağlı eyni cür düşünmür.  Bilməliyik ki, xaricdə doğulan azərbaycanlı ilə sonradan xaricə köçən azərbaycanlının Vətən anlayışı necədir? Bu mənada “Vətən uzaqda deyil” proqramı bizə ilk növbədə geniş imkanlar yaradacaq ki, bir-birimizi tanıyaq. Çox mətləblər məhz tanımaqdan başlayır. Tanımadığın insanlarla birləşə bilməzsən. Eyni zamanda onlar da bizi tanıyacaqlar və ortaq strategiya əsasında birgə addımlar atacağıq. Hər halda bizim inandığımız budur.

Artıq iki işdə çalışacaqsınız. Bu sizin üçün çətin olmayacaq?

- Məqsəd ortaya yaxşı iş qoymaqdırsa, bu heç vaxt asan deyil. Mətbuat xidməti, televiziya  proqramı və “Diaspor TV”nin də fəaliyyəti nəzərə alınsa,  iş daha çoxdur. Amma Diasporla İş üzrə Dövlət Komitəsində işə yanaşma, yaradılan şərait və kollektivin işə münasibəti çətinlikləri asanlaşdırır.

 

Bütün bunlarla yanaşı, gələcək işgüzar planlarınız nələrdir?

 

- Yaxın gələcək üçün “Diaspor TV” nin tam işə düşməsi və “Vətən uzaqda deyil” televiziya proqramının keyfiyyət göstəricilərinə nail olmaq əsas məqsədimizdir. Televiziya proqramlarını platformaya çevirməsək, diaspor üçün fayda əldə edə bilmərik. Elmi diasporumuzun tanıdılması üçün də planlar var. Artıq onların bəziləri ilə görüşmüşük.  “Vətən uzaqda deyil” təkcə bir şüar deyil, biz bunu dünya azərbaycanlılarının birlik platformasına çevirməyi düşünürük.

 

Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıları milli köklərə bağlamaq üçün hansı yeni layihələr həyata keçirəcək?

 

- İlk və mühüm addım Yay düşərgəsinin keçirilməsi oldu. Bu tip layihələrin mahiyyəti çox dərindir və  davamlı olacaq. Təbii ki, layihələr çoxdur və hər biri ciddi nəticələrə hesablanıb. Komitə sədri  dünyada diaspor hərəkatının incəliklərini yaxşı bilir, diaspor hərəkatı sahəsində çoxsaylı layihələrin ideya müəllifidir və Strateji Yol Xəritəsi hazırlanmaqla hədəfləndiyimiz nöqtələr də artıq müəyyən edilib, həmin layihələrin reallaşma imkanları ortaya qoyulub. Dilin təfəkkürə ciddi təsirlərini nəzərə alaraq xaricdə yaşayan azərbaycanlılar üçün onlayn Azərbaycan dili dərslərinə başlanacaq,  müxtəlif yaş kateqoriyaları üçün dərsliklər hazırlanır, yeni məktəblərin yaradılması və s kimi irimiqyaslı layihələr planlaşdırılıb. Azərbaycan diasporunun yerləşmə nöqtələri, paylanma siyasəti ilə bağlı ciddi araşdırmalar başlanıb. Heç bir azərbaycanlının və Azərbaycanın dostlarının diqqətdən kənarda qalmamasına qərar verilib. Planlar çoxdu, zamanla reallaşacaq.


Aysel Aslan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47 AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi 25 İyun 2019, 18:16 “Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”  25 İyun 2019, 18:09 Prezidentin “Facebook” səhifəsində Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşıldı 25 İyun 2019, 18:03 Hadi Rəcəbli: “O cür danışanları yerində otuzdurmalıyıq” 25 İyun 2019, 18:00 Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı 25 İyun 2019, 18:00 Zakir Həsənov 6 hərbçiyə general rütbəsi təqdim etdi - VİDEO 25 İyun 2019, 17:49 Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! 25 İyun 2019, 17:44 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ 25 İyun 2019, 17:41 Hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib 25 İyun 2019, 17:37 Prezident İsmayıllıda yol tikintisinə 2,9 milyon pul ayırdı 25 İyun 2019, 17:32 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO 25 İyun 2019, 17:26 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı 25 İyun 2019, 17:12 Manat və dolların 2 günlük MƏZƏNNƏSİ 25 İyun 2019, 17:07 “Qaçqınkom”da muğam müsabiqəsinin qalibləri ilə görüş olub 25 İyun 2019, 16:57 319.3 milyon manat sığorta haqqı toplanıb 25 İyun 2019, 16:56