Arxiv
25 Dekabr 2018, 09:15 | HADİSƏ
İqtisadçıdan TƏKLİF: “Sosial evlərə qazanxana sistemi daha məqbul idi”

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 25 yanvar 2019-cu il tarixindən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu-8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzilin, həmçinin 6 və 7 saylı binalarda yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışına başlayır.

Rəsmi məlumata görə, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Mənzil İnşaatı Dövlət Agentliyi həmin mənizlləri “sosial mənzillər” Məsələn, iqtisadçı Azər Mehtiyev Modern.az-a bildirib ki,  bu cür binalar üçün kombi sistemi deyil, qazanxana tikilməsi və mərkəzləşdirilmiş istlik sistemilə təchizat olduqca önəmlidir:

“Bu halda həm ekoloji ziyanın qarşısını almaq, həm də mənzilləri daha ucuz şəkildə istiliklə təmin etmək olar. Maraqlıdır, MİDA belə bir hesablama aparıbmı ki, ərazidə bir qazanxana tikilməsi və evlərin mərkəzləşdirilmiş qaydada istiliklə təchizatı həm qaz sərfiyyatı, həm qazanxananın qurulması, həm gələcəkdə həmin mənzillərdə yaşayacaq insanların xərcləri, həm də ekologiyaya dəyən ziyan baxımından neçəyə başa gəlir? Ayrıca da hesablanmalıdır ki, hər mənzildə kombi sisteminin qurulması neçəyə başa gəlir. Çünki kombi sisteminin qurulması MİDA tərəfindən həyata keçirilir. Bu da hesablanmalıdır ki, gələcəkdə həmin mənzillərin sakinləri nə qədər xərc çəkəcəklər. Eyni zamanda, kombi sisteminin qurulması hündürmərtəbəli binalarda aşağı mərtəbələrdə işləyən kombilərin zəhərinin yuxarı mərtəbədə yaşayanlar üçün yaratdığı narahatlıq var. Bütün bu məsələlər nə qədər dəqiqləşdirilib, işlərin icrası üçün necə qərar verilib? Bu suallara cavab verilməlidir. Bunlar nə dərəcədə xərc-fayda analizi aparılaraq qərar verilib, həm də nə dərəcədə ekoloji təsirləri nəzərə alınıb? Əgər bu analizlər aparılmadan addım atılıbsa, bu artıq layihələrin yarımçıq olduğunu göstərir. Eyni zamanda, istər-istəməz belə fikir formalaşır ki, bu qurum daha çox kombilərin quraşdırılması və satılmasına çalışır. Sanki bu, onların ayrıca biznes fəaliyyətidir. Faktiki olaraq bu vəziyyətdən kimlərinsə faydalanması üçün şərait yaradılır. Məsələnin texniki əsaslandırılması üçün dəqiqləşdirmə aparılması olduqca vacib idi”.

 

İqtisadçının sözlərinə görə, bu evləri "sosial mənzil" adlandırmaq olmaz:

“Hətta bunların "güzəştli mənzillər" hesab edilməsi də müzakirə və mübahisə predmetidir. Əslində o binalar kompleks şəklində tikilib. Stareji yol xəritəsində sosial mənzil məsələsi yer alıb. Amma MİDA-nın təklif etdiyi evlər sosial deyil. Çünki sosial evlər bu xarakterdə olmur. Güzəştli məsələsinə qaldıqda, bu da mübahisəlidir. Bu evlərin tikilməsi üçün torpaq dövlət tərəfindən ayrılıb. Bu halda evlərin neçəyə başa gəlməsi və neçəyə satılması məsələsinə diqqət edilməlidir. Mənzillər faktiki bazar qiymətlərindən fərqlənmir. Bu halda onların sosial ev adlandırılması yolverilməzdir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47