Arxiv
2 Fervral 2019, 12:35 | HADİSƏ
Deputat əhaliyə çağırış etdi

“Tək Azərbaycanda deyil, digər ölkələrdə də, xüsusilə, qış fəslində virus infeksiyalarının yayılması müşahidə olunur. Amma bizdə bu epidemiya şəklində deyil”.

 

Bunu Modern.az-a ölkəmizdə 16 nəfərdə A/H1N1 virusunun aşkarlanmasından danışarkən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev söyləyib.

 

O qeyd edib ki, bu kimi hallar qanunvericiliklə əlaqədar məsələ olmadığından, komitənin deyil, Səhiyyə Nazirliyinin səlahiyyətindədir:

 

“Ağır formada keçirilən virus infeksiyasının, analizlərlə tam təsdiq olunmayıbsa, quş yaxud donuz qripi olduğunu dəqiq deyə bilmərik. Analizlərin nəticələri ortaya qoyulduqda və müəyyən bir toplum içərisində virus yayıldıqda, ciddi tədbir görməyə ehtiyac yaranır.

Məlumatıma görə, Respublika Kliniki Mərkəzinin İnfeksiya şöbəsində xüsusi mərtəbə ayrılıb, yalnız qrip infeksiyası ilə müraciət edənlər üçün fəaliyyət göstərir. Orada da ciddi, ağır vəziyyətdə olan xəstələr yoxdur”.

Deputat qeyd edib ki, Səhiyyə Nazirliyinin infeksiyaların yayılmasını önləmək üçün gördüyü işləri dəstəkləyir. O, bununla yanaşı, əhalinin maarifləndirilməsinin vacibliyini də vurğulayıb:

 

“Epidemiya əleyhinə görülən tədbirlər kifayət qədər yüksək səviyyədədir. Amma paralel olaraq, əhalinin ciddi maarifləndirilməsinə böyük ehtiyac var. Toplum halında, insanlara müxtəlif xəstəliklər, onların əlamətləri, müalicə yolları, həkimə müraciət etməyin vacibliyi barədə məlumatlar geniş çatdırılmalıdır.

 

Önləyici tədbirlərin effektiv olması üçün paralel maarifləndirmənin artırılması önəmlidir. Əhali həm özünü, həm də ailə üzvlərini, ətrafındakıları qorumağı öyrənməlidir. Əgər ailə üzvlərindən biri xəstədirsə, mütləq tibbi maska taxmalı, digər şəxslərlə yaxın kontaktdan çəkinməlidir. İctimai nəqliyyatdan istifadə edərkən, kollektiv içərisində olarkən, məsafənin saxlanmasına, dezinfeksiyaedici preparatlardan istifadəyə diqqət edilməlidir. İnsanlar immunitet vəziyyətindən asılı olaraq, özlərini qorumalıdırlar. Əgər infeksiya varsa, Səhiyyə Nazirliyi hər kəsə nəzarət üçün bir həkim qoya bilməz. Ona görə, fərd olaraq, hər kəs səhhətinin qeydinə qalmaqda maraqlı olsun”.

 

Fevralın 1-də Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisinin rəhbəri Hande Harmancı deyib ki, bu qrip insanlarda müşahidə edilən İnfA (H1N1) pdm09-dur:

 

"Hazırda Azərbaycanda A/H1N1 virusu var, amma bu yeni virus deyil və bu virus artıq "donuz qripi" də adlandırılmır. "Donuz qripi" deyilən qrip yoxdur.

 

İnsanlarda müşahidə edilən virus insani qrip, donuzlarda müşahidə edilən "donuz qripi"dir. "Donuz qripi" donuzdan insana keçdikcə və insandan insana keçdikcə buna artıq mövsümi qrip deyilir. İlk dəfə 2009-cu ildə dünyada son pandemiya olub. Həmin zaman yeni virus yaranaraq insanlara keçmişdi. Son pandemiyanı yaradan Inf A/H1N1 pdm09 olub".

 

Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 16 nəfərdə A/H1N1 virusu aşkarlanıb.

 

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə bildirib ki, A/H1N1 virusu müşahidə edilən 16 nəfərdən hazırda xəstəxanada olanı yoxdur, onlar hamısı sağlam vəziyyətdədir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - ElmarMəmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11 Magistraturaya qəbul imtahanı keçirildi   26 May 2019, 16:08 Gürcüstanda nazir istefaya göndərildi - FOTO 26 May 2019, 15:56 Küveytdə azərbaycanlı diaspor fəalı iftar süfrəsi verib - FOTO   26 May 2019, 15:39 78 yaşlı xalq artisti AzTV-nin radiosunda veriliş aparacaq 26 May 2019, 15:20 “Nar”dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə! 26 May 2019, 15:04 Peruda 8 bal gücündə zəlzələ olub 26 May 2019, 14:49 “Arsenal” Mxitaryanı satışa çıxarır 26 May 2019, 14:35 Çaylarda suyun səviyyəsi dəyişib   26 May 2019, 14:18 Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb 26 May 2019, 14:00 Qusarda enerji verilişi bərpa olundu 26 May 2019, 13:30 Polad Bülbüloğlu Araz Əlizadəyə savadsız dedi: “Deputat olan şəxs belə fikirlər söyləməz” 26 May 2019, 13:11 Yolda 26 May 2019, 12:56 Məşhurların övladları: Aynur Sofiyevanın qızları - FOTO 26 May 2019, 12:52 Sabahın havası: Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək 26 May 2019, 12:47 İntizam Komissiyasından Araz Əlizadə açıqlaması: “Mənim əlimdə tərəzi yoxdur”  26 May 2019, 12:30 Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var 26 May 2019, 12:10 42 yaşlı Nardaran sakini itkin düşdü 26 May 2019, 11:55 Badam südünün faydaları 26 May 2019, 11:40 Mənzildən 60 yaşlı kişinin meyiti TAPILDI 26 May 2019, 11:27 Avropa Parlamentinə seçkilər keçirilir - 21 ölkədə 26 May 2019, 11:15 Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir - FOTO 26 May 2019, 11:00 Ramil Usubov polis rəisini işdən çıxardı - FOTO 26 May 2019, 10:48 İcra Hakimiyyəti hesabat verdi - Horadizdə  7200 nəfər yaşayır 26 May 2019, 10:27 ABŞ-da erməni diasporu 26 May 2019, 10:12 Zalımoğlunun faciəli taleyi - Özü öz əli ilə qəbrini qazdı... - FOTOLAR 26 May 2019, 10:02 Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verir   26 May 2019, 09:39 Ermənilər yenidən fəallaşdı - Nazirlikdən açıqlama   26 May 2019, 09:00 Magistraturaya qəbulun ikinci mərhələsi keçirilir 26 May 2019, 08:28