Arxiv
16 mart 2019, 12:18 | DİASPOR
Amerikada yaşayan azərbaycanlı yazıçı

İlk gətirdiyi sitat Şah İsmayıl Xətaidən oldu: "Bir mən var, məndən içəri"… 
Bəli, daxilən zəngin insanlarla söhbət etmək həmişə maraqlı olub. Necə deyərlər, "sarı sim"ə toxundun, sehirli bir aləmə düşürsən, qalanı zövqdən, təfəkkürdən asılıdır…

Deyir ki, - "Mənim içimdə bir qızcığaz var, azad və şıltaqdır. Həmişə nəyisə axtarır, nəyisə tələb edir. Əgər mən onu öldürə bilsəydim, rahat yaşayardım"…

Bu gün haqqında danışmaq istədiyim Sədaqət xanım Əliyeva Bakının Türkan kəndində dünyaya gəlib. 1984-cü ildə həmin kənddə 119 nömrəli orta məktəbi bitirib. Üç il sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qiyabi şöbəsinə qəbul olunub. 1992-ci ildə oranı başa vuraraq teatr kollektivinin rəhbəri ixtisasına yiyələnib. Eyni zamanda Türkandakı mədəniyyət evində çalışıb. 1992-ci ildə yenidən bitirdiyi universitetə sənəd verib və 1998-ci ilədək əvvəl axşam, sonra isə qiyabi şöbədə oxuyaraq, bu dəfə oranı teatrşünas ixtisası üzrə bitirib. 1994-cü ildən 1999-cu ilədək "Yuğ" teatrında işləyib. Bir müddət özünü yeni doğulan övladlarına həsr edib. 

2004-cü ildən ABŞ-ın Ayova ştatının De Moyn şəhərində yaşayır. Buraya gələndən bir neçə il dil, kompüter kurslarına gedib. 2009-2012-ci illərdə De Moyn ərazi icma kollecində qrafik dizayn ixtisası üzrə təhsil alıb. Sonra bir il həmin kollecdə işləyib. 2013-2016-cı illərdə müxtəlif orta məktəblərin kitabxanasında çalışıb. 2016-cı ildən qonşu Klayf şəhərinin ictimai kitabxanasında işləyir…

…Ömür-gün yoldaşı Əbdülqəyyum Muxtar Moskvada indiki Rusiya Teatr Akademiyasını bitirib, ixtisasca teatr rejissorudur. Bakıda yaşayarkən "Yuğ" teatrının quruluşçu rejissoru olub. Üç övladı var - bir oğlan, iki qız…

Sədaqət xanım sulu boya, karandaşla rəsm çəkməyi, şeir və hekayə yazmağı xoşlayır. Rəsmlərini üzə çıxarmasa da şeir və məqalələri Azərbaycan mətbuatında çox dərc olunub. Amerikaya gələndən sonra isə Ayova Universitetinin nəşr etdiyi hekayələrdən ibarət "We the inter woven" adlı kitabda üç müəllifdən biri kimi dörd hekayəsi çap olunub. Hazırda "Amerikanın tapılması səfəri" adlı ingilis dilində kitab üzərində işləyir…

Deyir ki, orta məktəbdə oxuyarkən bir dəfə dayısı qızı ona "Sən bura adamı deyilsən. Sən xaricdə yaşamalısan" söyləmişdi.

“Sanki ürəyinə dammışdı. Tale məni xaricə- Amerikaya gətirdi. Azərbaycanda xeyli əziyyət çəkmişəm. Maddi və mənəvi çətinliklərim çox olub...
Amerikada insanlar öz düşüncələrini azad şəkildə ifadə edə bilirlər. Məni burada olduğum kimi qəbul ediblər. Bir sözlə, Amerikaya gələndən sonra mən özümü və rahatlığımı tapmışam, indi həyatım çox maraqlıdır. Rumi gözəl deyib: "Sənin axtardığın həmişə səni axtarır…"".

Çox istedadlı xanımdır. 2014 və 2016-cı illərdə Ayovanın De Moyn şəhər teatrının kollektivinin iştirakı ilə rejissor kimi iki tamaşaya quruluş verib. Səhnələşdirdiyi bu tamaşalara görə Ayova Beynəlxalq Mərkəzinin "Zənginliyə Pasport" mükafatına layiq görülüb...


Arzuları bir-birindən gözəldir. Bütün analar kimi övladlarını xoşbəxt görmək istəyir. Qələmə aldığı əsərlərdən ibarət ingilis, Azərbaycan dillərində kitab nəşr etdirməyi planlaşdırır. İnsanlara isə tövsiyəsi, bu oldu:- "Hər kəsin öz ömür yolu var. Heç biri təkrar olunmur. Adamlar bir-birinə sevgi ilə yanaşanda həyat da gözəl olur"…



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib 17 Sentyabr 2019, 18:41 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04