Arxiv
10 Aprel 2019, 10:45 | HADİSƏ
Elinanın intiharı: Hüquq-mühafizə orqanlarının rəyindən sonra Dövlət Komitəsi mövqeyini açıqlayacaq

Aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı araşdırmalar davam etdirilir.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elgün Səfərov bildirib.

 

E.Səfərov qeyd edib ki, hazırda Daxili İşlər Nazirliyi və Baş Prokurorluqda açılmış cinayət işi üzrə istintaq davam etdirilir:

 

“Araşdırmalar davam etdirildiyindən hər gün yeni faktlar ortaya çıxır. Ona görə də yekun qərarı gözləyirik. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun araşdırmalarının nəticəsi olmalıdır. Bundan sonra Uşaq hüquqlarının monitorinqi ilə bağlı Komissiya reydin nəticələrini açıqlayacaq”.

Şöbə müdiri bildirib ki, yekun qərardan sonra Komitə öz mövqeyini bildirəcək.

Komitənin digər əməkdaşı Zülfiyyə Sadıqova Modern.az-a deyib ki, orta məktəblərdə psixoloji işin təşkili gücləndirilməlidir:

 

“Bir orta məktəbdə təxminən 1500-ə qədər şagird təhsil alır. Bu qədər şagirdə isə cəmi bir psixoloq düşür. Bir psixoloqun fiziki cəhətdən 1500 şagirdlə maraqlanması mümkün deyil. Psixoloq işinin təşkili zamanı şagirdlərin psixoloji xarakteristikası hazırlanır, onlara təsir göstərən amillər nəzərə alınır, ailəsi araşdırılır, yaşıdları ilə münasibətlərinə diqqət edilir. Həmin problem yeniyetməlik dövründə daha çox özünü biruzə verir. Şagird natamam ailədəndirsə, etinasızlıq görürsə, sinif yoldaşları, dostları ilə münasibətdə müəyyən problemləri varsa, davranışları daha da qabarır və neqativləşir. Bu cür uşaqlar vaxtında müəyyən edilməli və nəzarətə götürülməlidir. Ən yaxşı halda bunu məktəbdə psixoloq, müəllimlər müşahidə edə bilər. Özləri problemi həll etmək iqtidarında olmasalar belə, mütəxəsisslərə, aidiyyatı orqanlara müraciət edə bilərlər. Uşaqlar daim nəzarətdə olmalıdırlar. Birinin gözündən yayınan digərinin gözündən yayınmamalıdır. Hər bir pedoqoq sinfə daxil olanda şagirdlərin davranışlarında baş verən dəyişiklikləri müşahidə edə bilir. Bir məsələ də var ki, valideyn uşağı daim nəzrətdə saxlaya bilmir. Uşaq vaxtının bir hissəsini məktəbdə keçirir, digər hissəsində evdə, internetdə olur. Bu işlərə həm məktəb, həm də valideynlər tərəfindən hərtərəfli nəzarət olmalıdır”.

 

Z. Sadıqovanın sözlərinə görə, Komitə tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır.

 

Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı birgə məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

“Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstəxanada vəfat edib.

 

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır.

 

Hadisə ilə bağlı şəhər prokurorluğu və şəhər Təhsil İdarəsi tərəfindən müvafiq araşdırmalar aparıldığı bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərinə araşdırmaların nəticələrini gözləmək tövsiyə edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55 Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44 Həkim planşet, telefon və televizorlarla bağlı valideynlərə çağırış etdi 24 May 2019, 12:39 Vikipediya-da Cavad Heyət haqda məlumata düzəliş olundu 24 May 2019, 12:37 Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq 24 May 2019, 12:36 60 yaşlı kişinin boğazı kəsilərək öldürüldü - cinayət işi başlandı 24 May 2019, 12:32 Sevinc Fətəliyeva: “Bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib” 24 May 2019, 12:26 Bakıda daha 6 sosial bina tikiləcək - Güzəştli mənzil almaq istəyənlərə XƏBƏR VAR 24 May 2019, 12:23 Qohum evliliklərindən doğulan uşaqlarda korluq da yaranır - RƏSMİ 24 May 2019, 12:22 İlham Əliyev rusiyalı naziri qəbul edib 24 May 2019, 12:17 Teatr direktoru Paşinyanı məhkəməyə verdi 24 May 2019, 12:09 İlham Əliyev rusiyalı naziri qəbul edib 24 May 2019, 12:08 Tağı Əhmədov: “YAP ümumxalq patiyası kimi…” 24 May 2019, 12:05 Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqladı - MÜSAHİBƏ 24 May 2019, 11:50 XİN ABŞ vətəndaşının adını “qara siyahı”dan çıxardı 24 May 2019, 11:46 Doğum gününüz mübarək, Ramiz Novruz! 24 May 2019, 11:45 DİN də TƏKZİB ETDİ: “4 azyaşlı qızın hamilə xəbəri yalandır!” 24 May 2019, 11:40 “Bakı futbolçuları da, qonaqları da qarşılamağa tam hazırdır” – Vitse-spiker 24 May 2019, 11:40 Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert olacaq 24 May 2019, 11:33 “Ermənistanda peşəkar siyasətçilər yoxdur” – Siyavuş Novruzov 24 May 2019, 11:29 Ağstafada 18 yaşlı xanım hamilə olub – Polisdən AÇIQLAMA 24 May 2019, 11:18 Sarkisyan yenidən siyasi mübarizəyə qoşuldu 24 May 2019, 11:16 Deputat Fəzail İbrahimli rayonlarda görüşlər keçirdi 24 May 2019, 11:16 Bahar Muradova: “Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik” 24 May 2019, 11:14 Baş həkimdən “Ağstafada 4 yeniyetmə hamilə qalıb” xəbərinə REAKSİYA 24 May 2019, 10:59 Deputat kəndlərdə sakinlərlə görüşdü 24 May 2019, 10:47