Arxiv
16 Aprel 2019, 08:51 | AKTUAL
Azərbaycan Xalq Hərəkatı dağılma ərəfəsində

Azərbaycan Xalq Hərəkatı təsis edildiyi gündən bir qarmaqarışığın, gərginliyin burulğanındadır.  Təşkilat son dövrlər kövrək notlar üzərindədir və qurumun idarə heyətinin üzvləri arasında fikir ayrılıqları, münasibətlərdə narazılıq müşahidə olunur. Xüsusən də İsgəndər Həmidovun Tural Abbaslı ilə qarşıdurması AXH-də vəziyyəti ağırlaşdırıb. Belə görünür ki, daha bir müxalifət birliyi dağılmaq üzrədir, ömrü o qədər çox olmayacaq, bəlkə də son baharını yaşayır. Necə ki, əvvəl yaranan birliklər, bloklar da eyni aqibətlə üzləşiblər, içindən dağılıblar.

“Mən idarə heyətindən istefa verməmişəm. Sadəcə, fəaliyyətimi dondurmuşam ki, verilən qərarlara təsirim olmasın”.

Modern.az-ın məlumatına görə, bu sözləri “Yeni Müsavat”a İngiltərədə yaşayan Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin (İH) üzvü Qurban Məmmədov bildirdi. Onun sözlərinə görə, idarə heyətinin qərarlarına uyğun olaraq, AXH-də qalıb-qalmayacağını seçim edəcək: “Mən mübarizəmi yenə davam etdirəcəyəm. Lakin Xalq Hərəkatının İdarə Heyətindən istefa verib-verməmək iclasdan sonra bilinəcək. Mən ümid etmirəm ki, orada Tural Abbaslının çıxarılması məsələsi qoyulacaq”.


AXH İH-nin üzvü, AĞ Partiya sədri Tural Abbaslı isə bildirdi ki, bu qurum həssas bir dönəmin içindədir: “Bu vəziyyəti sınma nöqtəsi adlandıra bilərik. Əgər bu zamanı ağrısız, itkisiz keçirə bilsək, fəaliyyətini davam etdirəcəyik, gəldiyi kimi davam eləsə, mən təşkilatın yaxşı perspektivini görmürəm”.

T.Abbaslının sözlərinə görə, bəzi məsələlər partiya sədrlərini narahat edir: “Onlar həllini tapmalıdır. Ancaq mən o qədər də nikbin deyiləm. O ki qaldı mənim oradan çıxarılmağıma, başda İsgəndər Həmidov olmaqla, istənilən adamın məsələsini qaldıra bilərəm, istənilən adam da mənim məsələmi ortaya qoya bilər. Sadəcə, əsaslandırma olmalıdır. Biz partiyada müzakirələr aparmışıq, ola biləcək hadisələr və ona uyğun atılmalı addımlar barədə qərarımız hazırdır. Mənim idarə heyətində qalacağımı zaman və şərtlər göstərəcək. Bizə də xoş deyil ki, təsisçilərindən olduğum Xalq Hərəkatının işini yarımçıq qoyaq. Amma bəlli reallıqlar var”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyənin F-35 proqramında iştirakında problem yaranır 18 İyul 2019, 01:00 “Neftçi”ni çətin oyun gözləyir 18 İyul 2019, 00:44 Sumqayıtda usta  içkidən zəhərləndi 18 İyul 2019, 00:27 Bakıda iki qız itkin düşdü 18 İyul 2019, 00:13 “Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12