Arxiv
26 Aprel 2019, 13:16 | HADİSƏ
Eldar Əzizov Bakının problemlərinə görə Qərargah yaratdı

Bakı Şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi rəhbər nümayəndələrinin, Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

 

İcra Hakimiyyətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müşavirədə ölkə rəhbərinin siyasəti nəticəsində Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi qeyd edilib. Paytaxtın mərkəzi hissəsində vəziyyətin nümunəvi olduğu vurğulanıb, bəzi ətraf ərazilərdə, xüsusilə əhalinin, ticarət obyektlərinin və nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə bir sıra problemlərin mövcud olduğu bildirilib.

 

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtın sıxlıq müşahidə olunan ətraf ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması, yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə sərbəst yetişməsi, tıxacların aradan qaldırılması və bu ərazilərin memarlıq üslubunun və estetik görünüşünün müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə müvafiq tədbirlər görüləcək:

“Bu məqsədlə aidiyyati qurumların nümayəndələrindən ibarət qərargah yaradılıb. Qərargah üzvləri artıq küçələrin və buradaki obyektlərin inventarlaşmasına başlamışlar. İlkin olaraq Xətai rayonu, Məhəmməd Hadi küçəsi və Nizami rayonu Qara Qarayev prospektində bu işlərə başlanıb. İnventarlaşmanın nəticəsinə uyğun müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq bu işlərin həyata keçirilməsi zamanı heç bir sahibkar zərər çəkməməli, onların mənafelərinə uyğun əməkdaşlıq olmalıdır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həbibin atası ikinci dəfə evlənir 19 Noyabr 2019, 00:56 Avtobus yandı: azərbaycanlılar təxliyyə edildi 19 Noyabr 2019, 00:39 Aksiyanın dağıdılması zamanı 6 nəfər yaralandı: 37 nəfər saxlanıldı 19 Noyabr 2019, 00:23 Türkiyə Suriyada əməliyyatlara başlayır 19 Noyabr 2019, 00:07 Sabah bu qatarların hərəkəti dayandırılacaq 18 Noyabr 2019, 23:47 "Şərəf üçün oynayacağıq" - Nikola Yurçeviç 18 Noyabr 2019, 23:01 Əlibəyli ilə müqavilə ləğv edildi  - RƏSMİ 18 Noyabr 2019, 22:40 Heydər Əliyev Mərkəzində sərgi - Fotolar 18 Noyabr 2019, 22:22 Bakıda 29 yaşlı gənc bıçaqlandı 18 Noyabr 2019, 22:06 Qarabağın Azərbaycanlı icmasının sədri Türkiyəyə gedib - FOTO 18 Noyabr 2019, 21:46 Aksiya dağıdıldı: Parlament fəaliyyətini bərpa edib 18 Noyabr 2019, 21:37 Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış 18 Noyabr 2019, 21:18 ABŞ-da silahlı insident 18 Noyabr 2019, 21:04 Aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb 18 Noyabr 2019, 20:49 "Azərbaycanla oyunda mütləq qələbə qazanmalıyıq" - Rəqib baş məşqçi 18 Noyabr 2019, 20:37 Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq 18 Noyabr 2019, 20:17 Bakıda avtomobilini qəza yerində qoyub qaçana cinayət işi açıldı - RƏSMİ 18 Noyabr 2019, 20:03 Xamneyinin nümayəndəsinə sui-qəsd cəhdi olub 18 Noyabr 2019, 19:59 Xalq artistinin yaradıcılıq gecəsi keçirilib - FOTO 18 Noyabr 2019, 19:35 Güzəştli şərtlərlə səyyar gübrə satışı daha 10 rayonda keçiriləcək - SİYAHI 18 Noyabr 2019, 19:20 Sumqayıtda helikopterdən dəvətnamə atdılar - Video 18 Noyabr 2019, 19:09 Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır - Video 18 Noyabr 2019, 19:00 Jurnalist itkin düşüb   18 Noyabr 2019, 18:50 Qubada maşın aşdı - 3 yaşlı uşaq ÖLDÜ 18 Noyabr 2019, 18:41 Bazar günü Lənkərana gəlmək üçün səbəb var - FOTO 18 Noyabr 2019, 18:32 Yasamalda sakinlər dinlənildi, dəstək üçün göstərişlər verildi   18 Noyabr 2019, 18:14 UNEC rektoru yeni Tələbə-rektorla görüşüb - FOTO   18 Noyabr 2019, 18:05 Alimlərdən inqilabi yenilik: İnsan dərisi hazırlanır 18 Noyabr 2019, 17:58 Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri 18 Noyabr 2019, 17:50 Gürcüstan polisi etirazçılara müdaxilə etdi 18 Noyabr 2019, 17:45 Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək 18 Noyabr 2019, 17:32 “İmkanı olan da, olmayan da vergiləri ödəmir” - səlahiyyəti olub, pulu olmayan bələdiyyələr 18 Noyabr 2019, 17:30 Vüqar Kərəmovdan möhtəşəm qələbə - Video 18 Noyabr 2019, 17:28 Mirzə Cəlilin heykəli Bakının harasında qoyulacaq? 18 Noyabr 2019, 17:26 Manatın sabaha olan MƏZƏNNƏSİ 18 Noyabr 2019, 17:21