Modern.az

Aprel döyüşlərinə görə Sarkisyana cinayət işi açıla bilər

Aprel döyüşlərinə görə Sarkisyana cinayət işi açıla bilər

8 İyun 2019, 17:02

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana cinayət işi açıla bilər. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Qrapark” qəzeti yazır.

 

Qəzet baş nazir Nikol Paşinyanın azalmaqda olan nüfuzunu artırmaq üçün bu addımı atmaq istədiyini qeyd edib.

“Gündən-günə azalan reytinqini saxlamaq üçün hökumət geniş kadr dəyişikliyinə getməyi planlaşdırır”- deyə “Qrapark” yazır.

 

Araşdırmaların 1 mart 2008-ci il iğtişaşları, 2016-cı ilin aprel döyüşləri və Mehri şəhərində dəmir yolu xəttinin sökülməsi ilə bağlı aparılacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir