Modern.az

YAP bələdiyyə seçkilərində 18 min namizəd irəli sürəcək - AÇIQLAMA

YAP bələdiyyə seçkilərində 18 min namizəd irəli sürəcək - AÇIQLAMA

Aktual

6 Avqust 2019, 09:25

“Azərbaycanda bələdiyyə seçkiləri dekabr ayında keçiriləcək. Qanunvericiliyə uyğun olaraq, 2 ay əvvəl seçkiqabağı təşviqat prosesi başlanacaq”.

Bu barədə Modern.az-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov danışıb. S. Novruzov partiyanın bu seçkilərdə də aktiv iştirak edəcəyini diqqətə çatdırıb:

“Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı olub ki, seçkilərə hazırlıq başlansın. Adətən bələdiyyə seçkilərinə 1 il öncədən hazırlıq həyata keçirilir. Sonuncu iclasda YAP İdarə Heyəti qərar verdi ki, bələdiyyə seçkilərinə hazırlıq artıq başlanmalıdır. Bununla əlaqədar YAP-nın rayon və şəhər təşkilat sədrləri toplandı. Hamısına tapşırıqlar verildi. Bələdiyyə seçkiləri digər seçkilərdən daha ağırdır. Çünki təkcə bu il YAP-dan təxminən 18 minə yaxın namizəd irəli sürüləcək. Biz namizədləri müəyyənləşdirmə prosesində gənclər və qadınlara üstünlük verməyə çalışırıq. YAP hər bir seçki dairəsində namizədini irəli sürəcək. Builki bələdiyyə seçkilərində həm müşahidəçi, həm məşvərətçi komissiyanın üzvü, həm də namizədlər - hamısı bir yerdə 100 minə yaxın insan seçkilərdə iştirak edəcək. 18 min YAP namizədinin hərəsinin 70 səhifə sənədi hazırlanır, dairə seçki məntəqələrinə aparılır. Biz tam olaraq, namizədlər haqqında 100 min səhifədən artıq materialı Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir