Çində aşkar olunan təhlükəli virus ABŞ-a da keçib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxınlarda Çinə səfər etmiş Vaşinqton sakinində naməlum virus aşkarlanıb və o, xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Nyu-York, San-Fransisko və Los-Anceles şəhərlərinin aeroportlarında epidemioloji yoxlamalar başlayıb.
Virus Çində bu vaxta qədər 310 nəfər yoxulub və onlardan 6 nəfəri dünyasını dəyişib.