Modern.az

Orban iqtidara qayıtmaq niyyətindədir

Orban iqtidara qayıtmaq niyyətindədir

Dünya

13 İyun 2026, 22:10

Macarıstanın sabiq Baş naziri Viktor Orban növbəti bir il üçün Fidesz–Macarıstan Vətəndaş Birliyi Partiyasının sədri vəzifəsinə yenidən seçilib.

Modern.az xəbər verir ki, qərar partiyanın Budapeştdə keçirilən milli qurultayında qəbul olunub.

Səsvermənin nəticələrinə əsasən, Orbanın namizədliyini 729 nümayəndə dəstəkləyib, 8 nümayəndə isə bitərəf qalıb.

Qurultay çərçivəsində partiya sədrinin yeni müavinləri və ölkənin bütün regionlarını təmsil edəcək idarə heyətinin üzvləri də müəyyənləşdirilib. Nümayəndələr FİDES-in strukturunun yenilənməsi, üzvlük bazasının genişləndirilməsi və xüsusilə gənc seçicilərin dəyişən gözləntilərinə uyğun yeni partiya proqramının hazırlanması barədə qərar qəbul ediblər.

Çıxışı zamanı Viktor Orban geri çəkilmək niyyətində olmadığını vurğulayaraq, FİDES-in yenidən hakimiyyətə qayıtması üçün mübarizəni davam etdirəcəyini bəyan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ