Moskvanı güclü leysan yağışları vurub.
Modern.az xəbər verir ki, son günlər havanın temperaturunun 30 dərəcəni keçdiyi Rusiya paytaxtında qəfil başlayan güclü yağışlar şəhərdə ciddi problemlərə səbəb olub.
Şiddətli yağıntılar nəticəsində şəhərin mərkəzində yerləşən Kutuzov prospekti su altında qalıb.
Bununla əlaqədar çoxsaylı avtomobillər yollarda hərəkətsiz vəziyyətdə qalıb, bəzi ticarət mərkəzlərini də su basıb.
Şəhərin müxtəlif ərazilərində nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
İldırım və leysanla müşayiət olunan əlverişsiz hava şəraiti səbəbindən Moskva şəhəri və Moskva vilayətində narıncı təhlükə səviyyəsi elan olunub.
Yağışın yaratdığı fəsadların aradan qaldırılması məqsədilə 300 briqada və 290 texnika səfərbər edilərək şəhər küçələrində xidmətə cəlb olunub.
Moskva şəhər xidmətləri gücləndirilmiş iş rejiminə keçib və yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirləri davam etdirir.