Modern.az

İran raket arsenalını yenidən qurur - Rusiyadan yeni dəstək

İran raket arsenalını yenidən qurur - Rusiyadan yeni dəstək

Dünya

13 İyun 2026, 23:35

İran arsenalını Rusiya istehsalı olan raketlərlə gücləndirib.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ ilə atəşkəs dövründə İran öz silah ehtiyatlarının mühüm hissəsini bərpa etməyə nail olub.

Bildirilir ki, hazırda Tehran hərbi əməliyyatlar başlamazdan əvvəl malik olduğu raket arsenalının təxminən 75 faizini yenidən formalaşdırıb.

Agentliyin mənbələrinin sözlərinə görə, İran zərurət yaranacağı təqdirdə silah ehtiyatlarını qısa müddətdə artırmaq imkanlarını qoruyub saxlayır. Eyni zamanda, mənbələr Rusiyanın son bir ildə istehsal etdiyi yeni raketləri İrana ötürə biləcəyini də istisna etmirlər.

Xatırladaq ki, may ayının sonunda "CNN" peyk görüntülərinin təhlilinə əsaslanaraq bildirmişdi ki, İran ABŞ-nin bombardmanlarından sonra girişləri bağlanmış 18 əsas yeraltı raket bazasına yenidən çıxış əldə edib və həmin obyektlərdəki 69 giriş tunelindən 50-ni istifadəyə yararlı vəziyyətə gətirib.

Televiziya kanalına danışan ekspertlərin fikrincə, sursatın yeraltı anbarlardan operativ şəkildə çıxarılması İranın İsrailə və Yaxın Şərqdəki digər ölkələrə daha çox uzaqmənzilli raket zərbələri endirmək imkanlarını genişləndirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ