Modern.az

“Lotu Quli”nin bacısı oğlunu bıçaqlayan şəxs saxlanıldı

“Lotu Quli”nin bacısı oğlunu bıçaqlayan şəxs saxlanıldı

3 Fevral 2020, 13:14

Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) bacısı oğlu Maqa Rustavskini (Məhəmməd Qurbanov) bıçaqlayan şəxs saxlanılıb.

 

Modern.az Rusiya KİV-nə xəbər verir ki, İstanbuldakı restoranların birində baş verən bıçaqlanmaya görə “Kvejoviç” ləqəbli “qanuni oğru” Quram Çixladze saxlanılıb. 35 yaşlı Çixladze 1 aydan çoxdur ki, gizləndiyi İstanbulda ələ keçib.

 

Xatırladaq ki, Məhəmməd Qurbanov 2019-cu il dekabrın 24-də dostları ilə birlikdə olarkən restorana Qulinin düşmənlərindən olan “Kvejoviç” ləqəbli “qanuni oğru” (Quram Çixladze) daxil olub. Maqanı görən “Kvejoviç” və ətrafındakılar dərhal ona hücum ediblər. Nəticədə Maqa Rustavski bir neçə bıçaq zərbəsi alıb.

 

O, təcili xəstəxanaya çatdırılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı