Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilir.

 

Xatırladaq ki, Hicran Hüseynova 9 fevral 2020-ci il tarixində Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilib.