Arxiv
26 May 2020, 09:08 | REPORTAJ
General niyə özünü GÜLLƏLƏMƏDİ…

Zabit ömrü, general şərəfi... Bu ifadələr özünü hərbçi peşəsinə həsr etmiş şəxslər üçün həmişə böyük anlam daşıyıb. “Hərbçilərin yazılmamış qanunları”na görə, əsl zabit, əsl general şəxsinə qarşı hansısa aşağılanmanı, rütbəsinin geri alınmasını, rüşvət və korrupsiyada ittiham olunmasını öz şərəfinə sığışdırmamalıdır.

Əsl general müharibə şəraitində heç vaxt təslim olmamalı, əsir düşməməlidir, ya sonacan vuruşub həlak olmalı, ya da əsir düşməmək üçün özünü güllələməlidir. Tarixdə belə faktlar kifayət qədərdi… Rütbəsini və daşıdığı hərbi geyimi hər şeydən uca tutan yüksək çinli zabitlər bu kimi hallarda intiharı üstün tutublar.

Generallar biabır olmamaq üçün intihar yolunu seçərkən özlərini zəhərləmirlər, yaxud da asmırlar...

Generallar özlərinin tabel silahlarını gicgahlarına dirəyib, sadəcə bircə atəş açırlar. Vəssalam.

General rütbəsinə qədər, uzun illər boyu qazandıqları şərəfi buraxdıqları səhvə qurban verməmək üçün, günahlarını gülləylə yuyurlar. Və elə general kimi də dünyadan köçürlər. Sonradan heç bir prokuror təqdimatı, məhkəmə qərarı onları bu general rütbəsindən məhrum edə bilmir.

Çox uzağa getməyək: bir neçə il öncə Türkiyədə adı “Ergenekon” və “Balyoz işi”ndə hallanan xeyli yüksək rütbəli zabit vəzifədən alınmasına və rütbəsinin aşağı salınmasına etiraz əlaməti olaraq intihar etmişdi.

Onlar bu addımla zabit şərəfini üstün tutub məhkəməyə çıxmaqdan imtina etdiklərini göstərmişdilər.

General olmaq çox çətin, şərəfli bir işdir. Bu rütbəyə çatana qədər uzun, məşəqqətli bir yol keçməlisən.


Generallar buraxdıqları hansısa səhvlərə görə (istər sülh dövrü olsun, istərsə də müharibə şəraiti) ona görə özlərini güllələyirlər ki, uzun illər qazandıqları şərəf, namus, vicdan, heysiyyatlarının alçaldılmasını görməsinlər.

Bu o deməkdir ki, əsl general etdiyi günahı özü yumalıdır. Sadəcə, öz silahıyla və bircə gülləylə.  

Son illər Azərbaycanda xeyli yüksək çinli zabit - general həbs olunub, vəzifədən qovulub...

Azərbaycan təcrübəsi göstərdi ki, generallar müxtəlifdir. Var əsl generallar, bir də var general forması geyinib adı general çağrılanlar. Faktlar sübut etdi ki, bizdəkilər general forması geyinib adı general çağrılanlar imiş...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rüşvət və korrupsiyaya bulaşmış məşhur generallarının vəzifədən çıxarılmaqları və ya həbs olunmaqları heç kimin yadından çıxmayıb…

MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov, MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov,  MTN Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova… Hələ MTN-nin adı qara-qura işlərdə hallanan polkovnikləri, polkovnik-leytenantları, digər zabitlərini demirik... Onların bir qismi vəzifədən çıxarıldı, bir qismi həbs olundu, bəzilərinin rütbələri geri alındı...

Bu olaylar zamanı gözləmək olardı ki, general şərəfini ləkələyən həmin zabitlər arasında kimlərsə intihar edəcək... Amma biz bu generallardan heç birinin intihar etməyinə şahidlik edə bilmədik... Nə tabel silahını öz gicgahına dirəyən oldu, nə də boğazına kəndir dolayan... 

Generalı da həbs edərlərmi?.. Bu ağlasığmaz bir şeydir. Amma Azərbaycanda generallar həbs edilir... Etdikləri günahlara görə... General da korrupsiyaya bulaşarmı?.. Təəssüf ki, bizimkilər arasında bulaşanlar var...

Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyevin timsalında buna növbəti dəfə şahidlik etdik... Hələ onun tabeliyində olan zabitləri demirik...

Onlar general şərəfini ləkələyib, zabit nüfuzuna xələl gətirdilər, heç “uf” da demədilər... O ki qala intihar etsinlər...


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncə Dövlət Universiteti Beynəlxalq Konfransa ev sahibliyi etdi 9 May 2021, 14:00 Xarici jurtnalistlər Şuşaya aparılacaq  9 May 2021, 13:49 Qırx PKK-çı zərərsizləşdirildi 9 May 2021, 13:39 Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29 Sadıq Xan yenidən Londonun meri seçildi 9 May 2021, 10:21 Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi 9 May 2021, 10:19 Fazil Mustafadan dindarlara: "Onlarla mübahisə edə bilməzsən" 9 May 2021, 10:08 Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi 9 May 2021, 09:59 Moskva Qələbə Paradına 190-dan çox hərbi texnika çıxaracaq 9 May 2021, 09:51 Los Ancelesdə faşizm üzərində qələbədə Azərbaycanın roluna dair film hazırlandı 9 May 2021, 09:45 İlon Mask sindromdan əziyyət çəkdiyini etiraf etdi 9 May 2021, 09:40 Çinin kosmosa göndərdiyi raket Hind okeanına düşdü 9 May 2021, 09:30 ABŞ-da atışma: 3 nəfər yaralandı 9 May 2021, 09:19