Arxiv
5 İyun 2020, 12:01 | AKTUAL
Kadr hazırlığı Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyır - Zahid Oruc

"İlham Əliyevin Prezident seçilməsindən sonra uzun illər ölkəmizin iqtisadi müstəqilliyini təmin etməyə çalışması, mühüm transmilli layihələr vasitəsilə beynəlxalq əlaqələrimizi və təhlükəsizliyimizi gücləndirməsi, Qarabağ müharibəsinin ağır humanitar nəticələrini aradan qaldırması və infratsruktur quruculuğunu həll etməsi danılmaz həqiqətdir. Eyni zamanda, 2015-ci ildə MTN və sonrakı illər digər Hökumət strukturları ətrafında baş verən hadisələr sübut etdi ki, kadr siyasəti bütün iqtisadi, sosial, siyasi, hərbi-təhlükəsizlik problemlərindən daha yüksəkdə dayanır və bir nömrəli dövləti vəzifədir".

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının üçüncü iclasında çıxış edən Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O bildirib ki, vaxtilə, ötən əsrin 70-ci illərində Heydər Əliyevin sistemli tədbirləri sayəsində sovet Azərbaycanında ən güclü əmək qəhrəmanları ilə yanaşı, güclü elita, peşəkar mədəniyyət, iqtisadiyyat və idarəetmə korpusu formalaşa bilmişdi:

 

"Həmin dövlət adamlarımızın yaxşı nümunəsi indi də ekranlarda, əsərlərdə, kitablarda əks olunur və az da olsa öyrənilir. Lakin indi biz müstəqil dövlətimizin peşəkar kadrlarla bağlı az qala Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyan problemləri həll etməliyik. Əslində nə İdarəçilik Akademiyası, nə də digər universitetlər ayrıca götürülmüş halda konkret nazirliklər üçün kadr yetişdirmir. Burada vahid bir standart və tələb yoxdur. Bəli, İlham Əliyev yeni elitanı formalaşdırır və bu zaman “toxunulmaz şəxs yoxdur” şüarını irəli sürür. Lakin bir birinin ardınca nazirlər, icra hakimiyyəti rəhbərləri və digər yüksək çinli məmurların vəzifədən məhz yarıtmaz işlərinə, korrupsiya və digər qanunsuz əməllərə görə getməsi sübut edir ki, kadrların seçilməsi, yerləşdirilməsi, rotasiyası ətrafında hüquqi mexanizmlərin təkmilləşməsinə dərin ehtiyac duyulur ki, burada da Parlamentin rolu əvəzsiz ola bilər. Diqqət edin, MT, Rabitə, Vergilər, Nəqliyyat və son olaraq, Mədəniyyət nazirlərinin vəzifələrdən getməsi hansı şəraitdə baş verib, səbəbləri nə olub, onda belə nümunələri bizi gənclərimiz üçün təklif edə bilmirik. 5 icra hakimiyyəti başçısının rəhbəri külli miqdarda büdcə vəsaitləri və vətəndaşların haqlarını mənimsəməkdə ittiham olunur. MTN sabiq nazirinin düz beş ildir ki, Britaniya ərazirlərində 100 milyonlarla funt dəyərində mülkləri və əmlakları haqda söhbət gedir. Əlbəttə bunların hamısı Azərbaycan xalqının sərvətləri kimi qəbul olunaraq, ölkəmizə geri qaytarılmalıdır, lakin bizi daha çox kadr məsələsi narahat etməlidir. Müstəqilliyimizn yeni mərhələsində İlham Əliyev məhz yeni hakimiyyət qurur. Ölkə rəhbəri son aylar bütün komanda üzvlərinə çağırış edir ki, kim nəfsinə qalib gələ bilmirsə, onda özlərini bədbəxt etməsinlər, kənara çəkilsinlər, vəzifədən getsinlər. Elitanın səfərbərliyi üçün sərt idarəçilik şərtlərini: fəaliyyət-nəticələrə görə məsuliyyət tələb edir. Siyasi sistemin yeni konfiqurasiyası deyəndə, yalnız dövlət idarəçiliyi deyil siyasi sistemin bütün spektrindən söhbət gedir. Bu siyasi sistemin bütün sahələrində siyasi partiyalar,gənclər təşkilatlarında kadrlar yeniləşməsi gedir. Rusiya PA-da kadr siyasəti Dövlət Qulluğu məsələləri və İdarəçilik sahəsində Kadr Ehtiyatları üzrə Komissiya yaradllıb. Bu gün 2020-ci il 1 iyun tarixi üçün ehtiyat kadrlar siyahısında 140 nəfərin adı var".

 

 Zahid Oruc kadr siyasətinə də toxunub:

 

"Kadr siyasətinə dönüş yaranması bütün sahələrdə nailiyyətlərlə bərabər, ilk növbədə torpaqlarmızın işğaldan azad olunmasına kömək edəcək, Prezidentin fədakar və misilsiz işlərinin uguruna müsbət təsir edəcək, dövlətimizi vətəndaşın gözündə ucaldacaq. Hörmətli sədr, mən təklif edirəm ki, dövlət idarəçiliyinə kadr hazırlığının vəziyyəti ilə bağlı böyük plenar sessiya keçirilsin və orada dövlət siyasətini həyata keçirənlərlə yanaşı, universitetlər, elmi mərkəzlər və 3 cü sektor təmsilçiləri də iştirak etsin. Əlbəttə, ”Yüksəliş” müsabiqəsini hamı alqışlayır, lakin dövlətimizin ehtiyacı 18 nəfərdən min dəfələrlə çoxdur".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40