Modern.az

Müəllimlərin nəzərinə: apellyasiyaya müraciət bu tarixdən başlanılır

Müəllimlərin nəzərinə: apellyasiyaya müraciət bu tarixdən başlanılır

Təhsil

Bu gün, 16:35

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.

Modern.az-a MÜTDA-dan verilən məlumata görə, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 18 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının

“Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 18 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ