Modern.az

Salyanda tibb işçilərinin peşə bayramı qeyd olunub - FOTO

Salyanda tibb işçilərinin peşə bayramı qeyd olunub - FOTO

Aktual

Bu gün, 16:40

Salyanda “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir Salyan Rayon Mərkəzi Xəstəxanasının iclas zalında davam edib. Mərasimdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru Şirinxanım Səmədova və digər çıxış edənlər tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxışlarda Azərbaycan səhiyyəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən bəhs olunub, onun rəhbərliyi dövründə səhiyyə infrastrukturunun gücləndirilməsi, yeni tibb müəssisələrinin yaradılması və ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımların atıldığı vurğulanıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsinə xüsusi diqqət göstərilir, regionlarda müasir standartlara cavab verən xəstəxanalar, diaqnostika və müalicə mərkəzləri istifadəyə verilir, səhiyyə sistemi davamlı şəkildə yenilənir.

Tədbirdə həmçinin Salyan səhiyyəsinin tarixi və inkişaf yolu barədə məlumat verilib.

Sonda bir qrup səhiyyə işçisi peşə fəaliyyətində fərqləndiklərinə görə Salyan Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ