Modern.az

Deputat toy və nişan mərasimlərinin keçirilməsini gündəmə gətirdi

Deputat toy və nişan mərasimlərinin keçirilməsini gündəmə gətirdi

7 Sentyabr 2020, 21:35

"Düşünürəm ki, yoluxma sayında davam edən hazırkı müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha bilikli və ehtiyyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər. Əlbəttə ki, yeni qaydalarla birlikdə nəzarət mexanizmlərinin də qurulması şərti ilə".

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov bildirib.

 

R.Mahmudov qeyd edib ki,  bu barədə son qərar Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək:

"Ümumiyyətlə hesab edirəm ki, payız aylarından sonra #COVİD19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi fayda yanında, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma bizlər vətəndaş olaraq ehtiyyatlı olmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmaməkili alıyıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır