Modern.az

Adil Kərimli Yeni Dehlidə keçirilən forumda iştirak edir

Adil Kərimli Yeni Dehlidə keçirilən forumda iştirak edir

Mədəniyyət

Bu gün, 10:54

Noyabrın 20–22-də Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir.

Modern.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir.

Forumun məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyətlərarası əməkdaşlığın təşviqidir. Proqramda Hindistanın Baş naziri Narendra Modinin açılış çıxışı, mədəniyyət təqdimatları, sərgilər və tematik müzakirələr yer alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə