Modern.az

Ukraynada matəm elan olundu

Ukraynada matəm elan olundu

Aktual

26 Sentyabr 2020, 14:02

Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olunub.

 

Modern.az "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayıb. 

 

Fərmanda deyilir: "25 sentyabr 2020-ci il tarixində Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında planlaşdırılan təlim uçuşları zamanı An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qulluqçularının ölümünə səbəb olan faciə ilə əlaqədar olaraq, qurbanların xatirəsini anmaq üçün 26 sentyabr 2020-ci il Ukrayanda matəm günü elan edilsin". 

 

Qeyd edək ki, Prezident Vladimir Zelenski qəza baş verən yerə gedib.

 

Xatırladaq ki, sentyabrın 25-də An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.

 

Təyyarənin göyərtəsində 27 nəfər olub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!