Modern.az

Əli Əsədov ukraynalı həmkarına başsağlığı verdi

Əli Əsədov ukraynalı həmkarına başsağlığı verdi

26 Sentyabr 2020, 15:23

Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Nazir məktubda bildirib ki, Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri onu olduqca kədərləndirib.

 

Ə. Əsədov bu faciə ilə əlaqədar Ukraynanın Baş Nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?