Modern.az

Bill Qeyts özünə bloq açıb

Bill Qeyts özünə bloq açıb

21 Yanvar 2010, 16:42

Microsoft şirkətinin təsisçisi Bill Qeyts Twitter sosial şəbəkəsindəki qeydiyyatı vasitəsilə The Gates Notes saytının – şəxsi bloqunun açılması barədə elan edib.
The Gates Notes səhifəsinin əsasən Bill və Mlinda Qeytsin xeyriyyə Fondunun fəaliyyətinə həsr olunmasına baxmayaraq, burada Microsoft yaradıcısının dünyadakı vəziyyət haqqında düşüncələri, onun nə oxuduğu, baxdığı və dinlədiyi, səyahətləri, pedaqoji fəaliyyəti, bloqun oxuyucuları ilə ünsiyyəti barədə məlumatları əks etdirən digər bölmələr də mövcuddur.
Qeyd edək ki, Twitter-dəki qeydiyyat vərəqəsini B. Qeyts yanvar ayının 20-də açıb. Elə həmin vaxt o Facebook sosial şəbəkəsindəki fəaliyyətini bərpa etmişdir. Xatırladaq ki, 2008-ci ilin fevral ayında B. Qeyts Facebook-u həddindən artıq çox pərəstişkarların olması ilə əlaqədar tərk etmişdi.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik