Modern.az

Kamran Əliyev: "Arayik Arutunyanla bağlı beynəlxalq qurumlara müraciət olunacaq"

Kamran Əliyev:

Ölkə

4 Oktyabr 2020, 15:31

Arayik Arutunyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün beynəlxalq qurumlara müraciət olunacaq.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev bəyanat verib.

 

Bəyanatda deyilir ki, “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir: “Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!