Arxiv
21 Noyabr 2020, 09:52 | MÜSAHİBƏ
Aşıq Yedigar: “Şuşa ilə bağlı əhdim var idi, əhdimə xilaf çıxdım” - MÜSAHİBƏ

Azərbaycan televiziyası məkanında satirik-publisistik janrın yeganə təmsilçisi olan “Qulp” proqramı hər kəsin yadındasdır. ANS televiziyasınsa yayımlanan verilişin aparıcı obrazlarından biri də “Aşıq Yedigar” olub. Bəziləri bəlkə də “Aşıq Yedigar”ın Şuşa Dövlət Musiqili Dram teatrının direktoru, əməkdar artist Yadigar Muradov olduğunu bilmir. Məcburi köçkünlük ömrü yaşayan, problemlər içərisində çabalayan bir teatrın rəhbəri olmaq o qədər də asan deyil.

Artıq Şuşa erməni işğalından azad olunub. İndi “Aşıq Yedigar”ın da Şuşa Dövlət Musiqili Dram teatrının gələcəyinə ümidləri artıb.


Modern.az
saytı “Aşıq Yediyar” ilə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik.


- Yadigar müəllim, ilk olaraq sizi Şuşanın azad olunması münasibəti ilə təbrik edirik. Gözünüz aydın olsun. Bu xəbəri eşidərkən hansı hissləri keçirdiniz?

- Əvvəla, bu gözaydınlığından pay hamıya düşür. Millətimizin, xalqımızın gözü aydın olsun. Vətənin azadlığı uğrunda çarpışan hər bir kəsin Allah canını sağ eləsin. Sevincimin həddi-hüdudu yoxdur. Azad olunma xəbəri gələndən bəri cavanlaşdığımı hiss edirəm.


- 28 il sonra Şuşa teatrı yenidən bərpa olunacaq. İlk hansı əsəri səhnələşdirmək istəyərdiniz?

- Şuşa Dövlət Musiqili Dram Teatrının son bərpası 1990-cı ildə olub. O zaman teatrın açılışında hansı tamaşa səhnələşdirilibsə, 28 il sonra da həmin tamaşa oynanılacaq. Bu tamaşa Üzəyir Hacıbəyovun “Arşın mal alan” operasıdır.

Mənfur düşmən tərəfindən teatr binamız sökülərək, yerində park salınıb. Binanın qabağında ucaldılmış Üzeyir bəyin, Bülbülün büstlərini məhv ediblər. Məqsədləri isə tariximizi yox etmək idi. Amma bunu bacarmadılar.

Biz kollektivimizlə birgə söz vermişik ki, Şuşaya qayıdış başlayanda, hava şəraitindən aslı olmayaraq məhz binamızın yerində, daşların üzərində “Arşın mal alan”ı oynuyq. Bu bizim arzumuzdur.


- Aktyorlarımız tərəfindən Şuşa teatrında səhnələşdirilən tamaşalarda iştirak etmək üçün təkliflər olubmu?

- Bu məsləhətləşməni işğaldan bir neçə il sonra etmişik.

Məsələn, teatr təzə açılışında mən Əsgər bəy rolunu canlandırırdım. Amma bu gün mənim xarici görkəmim həmin rolu canlandırmağa icazə vermir. Gənc aktyorlarımız var ki, onlar məni əvəz edəcəklər.

Əməkdar artisti Azad bəy Vəli rolunu canlandırıb, indi də həmin rolu canlandıracaq. Şükufə xanım Cahan xala rolunu canlandıracaq.

Biz işə götürdüyümüz şuşalı olmayan aktyorlar və aktrisalar var ki, onlar bizlə Şuşaya getməyi əhd ediblər.


-Yeri gəlmişkən, Şuşamızla bağlı sizin əhdiniz nə idi?

- Əhdim var idi, amma, əhdimə xilaf çıxacağımı düşünürəm. Əhdim o idi ki, Şuşanın Qala divarlarının daşlarına üzümü söykəyib, torpağına toxunub Üzeyir Hacıbəylinin “Sənsiz” romanını oxuyum və orada da ölüm. Amma, əhdimə sadiq olmadım, ölmək istəmirəm.

Bir lətifə var: bir gün varlı kişi təyyarədə gedərkən təyyarə xarab olur və hamı özünü paraşütlə aşağı atır. Amma bu kişinin paraşütü açılmır. Varlı kişi paraşütü açılmadığı üçün Allaha yalvarır ki, paraşütü açılarsa, bütün var-dövlətini kasıblara paylacaq. Bu an paraşüt açılır və sağ-salamat düşür yerə. Düşəndən sonra üzü yuxarı baxıb deyir ki, adam yuxarıda olanda ağlına pis-pis fikirlər gəlir. 

 İndi Allahdan arzum budur ki, 28 il Şuşasız yaşatdığı ömrümüzə, daha 28 il şuşalı olmağı əlavə eləsin. 


- Şuşa teatrı illərdir nə qədər çətinliklə qarşılaşıb. Hər dəfə onu yenidən dirçəltməyə çalışmısınız. Bəs indi necə, çox həvəslisiniz?

- Mən də, kollektivim də həvəsdən düşməmişik. Biz də teatr binamızın yenidən qurulmasında iştirak edərək, sement, daş, qum daşıyarıq, beton qarışdırarıq. Ali Baş Komandanın Allah canını sağ eləsin, onun əmrini gözləyirik.


- Torpaqlar işğal olunmaz öncə, son dəfə Şuşa teatrında hansı tamaşa oynanılıb?
 

- Bizim teatrın 1949-cu ildə bağlanması haqqında əmr verildi. O vaxt Nazirlər Sovetində vəzifədə olanlar mənfur düşmənlərimizin təkidi ilə yalançı sərəncam veriblər. Maliyyə çətinliyi məsələsi ilə Şuşa Dövlət Musiqili Dram Teatrının bağlanmasına xitam verilib.

30 il sonra məşqlərə başladıq, 7-8 il sonra xalq teatrı açdıq. Nəhayət, 41 ildən sonra, 1990-cı ildə biz Şuşa Dövlət Musiqili Dram Teatrını bərpa etdik. 6 aylıq  hazırlıq müddətində iki tamaşa Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Süleyman Ələsgərovun “Özümüz bilərik” operattasını hazırlamalı idik. Amma 3 tamaşa, və Eldar Baxışın “Uzun Həsən” tarixi dramını baxışa hazır etdik.

Həmin il torpağımız işğal olunduğu üçün tamaşaları səhnələşdirmək bizə qismət olmadı. Kiçik marafon keçirildi, amma tamaşa oynamaq müəssər olmadı.

Köçkün düşdük və ilk tamaşanı 1993-cü il Bakı şəhəri Gənc Tamaşaçılar Teatrının səhnəsində oynadıq.

İnşallah, Şuşamıza qayıdanda bütün işlərimizə davam edəcəyik.


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?