Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 203 593 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 nəfərdir.
Ölkədə son sutka ərzində 9 383 hazırkı dövrədək isə 2 073 137 test aparılıb.