Modern.az

Bu tarixlərdə avtobuslar işləməyəcək – Nazirlər Kabinetindən QƏRAR

Bu tarixlərdə avtobuslar işləməyəcək – Nazirlər Kabinetindən QƏRAR

26 Dekabr 2020, 11:59

Nazirlər Kabineti ictimai nəqliyyatla bağlı yeni qərar qəbul edib.

Qurumdan Modern.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul etdiyi qərara əsasən 2021-ci il:
- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;
- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;
- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;
- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;
- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək
bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.

 

Bu Qərar 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü