Modern.az

1519 yeni yoluxma: 4 471 nəfər müalicə olunaraq SAĞALDI

1519 yeni yoluxma: 4 471 nəfər müalicə olunaraq SAĞALDI

27 Dekabr 2020, 16:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 519 yeni yoluxma faktı qeydə alınıb, 4 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 214 711 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 168 971 nəfər müalicə olunaraq sağalıb, 2 499 nəfər vəfat edib, aktiv xəstə sayı 43 241 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11 764 hazırkı dövrədək isə 2 153 562 test aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü