Modern.az

Rövşən Əkbərovun həbsinin səbəbi məlum oldu

Rövşən Əkbərovun həbsinin səbəbi məlum oldu

16 Mart 2021, 10:50

Müdafiə Nazirliyinin sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri bilinib.

 

Modern.az-ın məlumatına görə, R.Əkbərov qəsdən adam öldürməkdə təqsirləndirilib.

 

Məlumata görə, o, Ukraynada baş verən qətl hadisəsində günahlandırılıb. Ukrayna hüquq-mühafizə orqanının məlumatı əsasında R.Əkbərov saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, R.Əkbərov 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü